aze eng


ÜMİDLI GƏLƏCƏK GƏNCLƏR TƏŞKİLATININ PREZİDENTİNDƏN MÜRACİƏT
“Hörmətli Dostlar və Həmkarlar. Ümidli Gələcək Gənclər Təşkilatı artıq 7 ildir ki Azərbaycanda fəaliyyət...



"HUMAY"
Milli Akademiyasının Laureatı




"Leave No Child Out"
National Public Award



Washington University in St.Louis (Missouri)

Reliable Future NGO has been officially approved as on international field practice site for students of Washington University in St.Louis.

Washington University NEXUS newsletter

Washington University Field Instructor Manual


RFYO INTRANET

 ÜMIDLI GƏLƏCƏK GƏNCLƏR TƏŞKİLATININ PREZİDENTİNDƏN MÜRACİƏT

“Hörmətli Dostlar və Həmkarlar,

    Ümidli Gələcək Gənclər Təşkilatı artıq 9 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində demokratiyanın inkişafı, insan və uşaq hüquqlarının müdafiəsi və təbliği, təhsil və səhiyyə problemlərinin həllində iştirak edir, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər görür, əhalinin daha ehtiyaclı olan təbəqələrinə öz dəstəyini verir. Bütün sahələr üzrə apardığımız uğurlu fəaliyyətimiz zamanı bizi istiqamətləndirən əsas strateji məqsəd – tədris, təlim, maarifləndirmə və ictimai səfərbərlik vasitəsilə mövcud problemlərin həllinə nail olmaqdır. 2007-ci il ərzində Ümidli Gələcək uşaqlara, gənclərə, əhalinin zəif təbəqələrinə göstərdiyi xidmətlərin təsirliyini və səmərəliyini artırmış, insan və uşaq hüquqlarının müdafiəsi sahəsində daha inamlı addımlar atmışdır. Təşkilatın fəaliyyəti ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və 2007-ci ildə təşkilatımız Dövlət Gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülmüşdür. İnanıram ki, təşkilatımızın üzvləri tərəfindən aparılan geniş miqyaslı fəaliyyət 2008-cı ildə daha da səmərəli olacaq və Azərbaycanda demokratiyanın davamlı şəkildə inkişafı, vətəndaş cəmiyyətinin qurulması və insan və uşaq hüquqlarının müdafiəsinə öz tövhəsini verəcəkdir. Bizim fəaliyyətimizi dəstəkləyən donor təşkilatlara, tərəfdaşlarımıza, fəaliyyətimizi daimi işıqlandıran media mənsublarına öz dərin təşəkkürümü bildirir və onlarla davamlı əməkdaşlıq etməyi arzu edirəm. Ümid edirəm ki, 2008-ci il bizim hər birimiz üçün uğurlu il olacaqdır.”
tel/fax: +994 (12) 493 2142, mobile: +994 (50) 349 2948
email: nzseidov@yahoo.com, relfuture@azdata.net