aze eng


ÜMİDLI GƏLƏCƏK GƏNCLƏR TƏŞKİLATININ PREZİDENTİNDƏN MÜRACİƏT
“Hörmətli Dostlar və Həmkarlar. Ümidli Gələcək Gənclər Təşkilatı artıq 7 ildir ki Azərbaycanda fəaliyyət...



"HUMAY"
Milli Akademiyasının Laureatı




"Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq"
Milli İctimai Mükafat



Washington University in St.Louis (Missouri)

Ümidli Gələcək Gənlər Təşkilatı 2008-ci ildən etibarən Washington University in St.Louis tələbələri üçün rəsmi Beynəlxalq təcrübə yeridir.

Washington University NEXUS newsletter

Washington University Field Instructor Manual





RFYO INTRANET

Şən İdman Avtobusu

Şən İdman Avtobusu
Bizim məqsədimiz
Layihələr
“Beynəlxalq İdman Həyəcanı” - International Inspiration proqramı haqda XÜLASƏ
Fəaliyyət
Etik Davranış Qaydaları
İcmanın səfərbərliyi və inkişafı
Oyuncaq kitabxanası xidməti – oyuncaqları kəndlərə aparaq
Müdafiəedici davranışlar – yerli dövlət qurumların işinə dəstək
Məlumatlılığın artırılması
Gənclərlə iş
Bizə necə kömək edə bilərsiniz? – cəlb olunma
Video çarxı izlə
Şəkillər



      

Azərbaycanda 2008-ci ildən etibarən Şən İdman Avtobusu fəaliyyət göstərir. Biz bu işi UNİCEF, Böyük Britaniyanın İdman Şurası, Britaniya Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıqda həyata keçirməyə başlamışıq.

Bizim məqsədimiz təhsil, marifləndirmə, idman, istirahət və asudə vaxtın səmərəli təşkil edilməsi vasitəsilə uşaqlara, gənclərə və böyüklərə yardım göstərməkdir. Bir sözlə, biz hər kəslə oynaya bilərik! Beləliklə, sponsorlar və xeyirhaq insan və təşkilatların köməyi sayəsində şən və idman oyunlarını, ilk növbədə, ən çox ehtiyacı olanlarla keçirməyi qərara aldıq.

Şən İdman Avtobusu layihəsi həyat keyfiyyəti haqqındadır. Bu layihə uşaqlara yeni şeylər öyrədir, faydalı biliklər əldə etməyi və dostluğun necə qurulması və möhkəmləndirməsini aşılayır. İşlədiyimiz uşaqların bəziləri üçün bu oyunlar əylənmək, komanda qurmaq imkanı və dostlarla vaxt keçirtməkdirsə, digər uşaqlar üçün isə bu oyunlar özünü güvəndə hiss etmək və onların qayğısına qalan və hörmət edən insanların əhatəsində olmaq imkanıdır.
Biz imkanların bərabərliyinə inanırıq və ən yaxşı xidməti göstərmək üçün əlimizdən gələni edirik. Şən İdman Avtobusu komandası uşaqlar, xüsusən də qız uşaqları arasında özünə-inam və özünə-hörmət hisslərini yaradır və onların liderlik bacarıqlarını təkmilləşdirir. Bizim məqsədimiz zəif təbəqələrdən olan uşaqların və böyüklərin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Azərbaycan çox gözəl ölkədir və burada çoxlu icmalar var və müxtəlif bölgələrdən buraya axınlar var. Bu axına qaynayıb qarışmama buranın yaşayış yeri kimi uğursuz olacağının göstəricisidir. Şən İdman Avtobusunu uşaqların həyatının yaxşıya doğru dəyişilməyə ehtiyac duyulduğu hər yerdə görmək mümkündür.

Layihələr

    • Uşaqların, xüsusilə də qız uşaqlarının idmana cəlb edilməsi, UNİCEF, British Council, UK Sport
    • Ucqar kəndlərdə uşaqların asudə vaxtının təşkili və icma səfərbərliyi, PEPSİ Şirkəti
“Beynəlxalq İdman Həyəcanı” - International Inspiration proqramı haqda XÜLASƏ
“Beynəlxalq İdman Həyəcanı” proqramı London Olimpiya Oyunları Təşkilat Komitəsi (LOCOG) tərəfindən Beynəlxalq Olimpiya Komitəsinin Sinqapur sessiyasında verilmiş vədi – “bütün dünyada gəncləri bir araya gətirib Olimpiya Oyunlarının stimullaşdırıcı gücü vasitəsilə onları birləşdirərək idmanla məşğul olmağa ruhlandırmaq” vədini yerinə yetirmək üçün tərtib edilmiş pilot proqramdır. Proqram dünyanın müxtəlif, xüsusən də inkişaf etməkdə olan ölkələrində yaşayan aztəminatlı ailələrdən olan milyonlarla uşaq və gənclərin həyatını idmanın gücü vasitəsilə inkişaf etdirmək məqsədi daşıyır.

Prioritet ölkələri müəyyən etmək üçün bir sıra tərəfdaşlarla və təşkilatlarla, o cümlədən Britaniya Xarici İşlər və Birlik Ölkələri İdarəsi (FCO), Beynəlxalq İnkişaf Departamenti (DFİD), Avropa Şurası və Avstraliya İdman Komissiyası ilə aparılmış geniş müzakirələrdən sonra BOK-un hər regionundan bir ölkə olmaqla beş pilot ölkə – Azərbaycan, Braziliya, Hindistan, Palau və Zambiyada seçilmişdir.

Proqramın icrasına 1 dekabr 2007-ci ildə Azərbaycan və Britaniya hökumətləri arasında imzalanmış Anlaşma Memorandumu (AM) ilə start verilmişdir. Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin 10 mart 2008-ci il tarixli 2717 saylı sərəncamı ilə təsdiq edilmişdir.

For more information visit:
www.uksport.gov.uk/internationalinspiration

Fəaliyyət
Şən İdman Avtobusu tam təchiz olunmuş vəziyyətdədir və təcrübəli komandamız uşaqlar, gənclər və böyüklərlə oyunlar və müxtəlif silsilə tədbirlər təşkil etməyə hazırlanıblar. Şən İdman Avtobusu harada olmasından asılı olmayaraq yeni dostlar qazanmaq imkanı və uşaqlarla birgə əyləncəli zaman keçirməyə şərait yaradır. Şən İdman Avtobusu hər yaşda uşaqlar üçün – körpələrdən tutmuş yeniyetmələrə qədər oyunlar təşkil edir, həm valideynləri, həm də icma nümayəndələrini uşaqlarla birgə oyunlara və maarifləndirmə tədbirlərinə cəlb edir.

İcmanın səfərbərliyi və inkişafı
Valideynlər, icma üzvləri və yerli icra nümayəndələri Şən İdman Avtobusu ətrafında toplaşaraq bir-birləri ilə görüşə və icma üçün Şən İdman Avtobusu layihəsi tərəfindən tətbiq edilən metodikaya uyğun daimi bir tədbirlər planı qurmaq istədikləri haqda qərar qəbul edə bilərlər. Beləliklə, hər bir icmanın öz qrupları yarana bilər və biz də öz növbəmizdə onlara maraqlı oyunlarımızı təklif edə, təchizat və fandreyzinq dəstəyimizi göstərə bilər, “Başlayaq və Davam Edək...” paketi vasitəsilə kömək edə bilərik. Biz həmçinin icmalarda da başqa xeyriyyə qurumları və könüllü qruplarla əməkdaşlıq etməyə cəhd edirik.

Oyuncaq kitabxanası xidməti – oyuncaqları kəndlərə aparaq
Öz köhnə və ya təzə oyuncağını Şən İdman Avtobusuna hədiyyə edən hər kəsi yüksək qiymətləndiririk. Biz həmin oyuncaqları müxtəlif yaş qrupunda olan uşaqlar üçün istifadə edirik (3, 3-5, 5+). Uşaqlarla oyunları davam etdirmək istəyən yerli qruplara və təşkilatlara həmin oyuncaqlar təqdim edilir. Bu təşəbbüs yalnız kənd zonalarına aiddir.

Müdafiəedici davranışlar – yerli dövlət qurumların işinə dəstək
Layihə əməkdaşları kiçik vətəndaşlarımıza dəstək vermək üçün başqa təşkilatlarla da əlaqələr yaradır və əməkdaşlıq qurur. Biz uşaqları, gəncləri və böyükləri təhlükə mənbələri və təhlükəli davranışlar barədə xəbərdar edir, onlara xüsusi həyati bacarıqlar, habelə nümunəvi özünüqoruma bilgiləri öyrətməklə cəsarətləndirmək məqsədilə Şən İdman Avtobusu layihəsi ərzində müxtəlif seminarlar, mühazirələr və təlimlər təşkil edirik. Biz istəyirik ki, uşaqlar evdə, məktəbdə və ya küçədə olarkən və ya oynayarkən təhlükədən uzaq olsunlar.

Məlumatlılığın artırılması
Şən İdman Avtobusu təkcə oyun və əyləncə demək deyil. Bizim komandamız müvafiq ərazilərdəki yerli icmaları, uşaqları, gəncləri və böyükləri HİV/AİDS, siqarət çəkmə və alkoqollu içkilərdən istifadənin zərəri, habelə uşaq hüquqları, uşaqlara qarşı zorakılıq, laqeydlik, təhqir, kobud rəftar, uşaqlar üçün yararlı məktəb mühiti, komandada iş, ətraf mühitin mühafizəsi, liderlik bacarıqları, sağlam həyat tərzi, həyati bacarıqlar və başqa mövzularda məlumatlandırır.

Gənclərlə iş
Ümidli Gələcək Gənclər Təşkilatı mütəmadi olaraq uşaqlar və gənclərlə (hər yaş qrupundan olan) çalışıb, ancaq hazırda UNİCEF və ATƏT-in Bakı ofisinin dəstəyi sayəsində birbaşa olaraq qanunla münaqişədə olan və ya bununla bağlı xüsusi risk altındakı uşaq və gənclərlə mütamadi reabilitasiya işi aparır. Bizim əsas məqsədimiz qanunla ziddiyyətdə olan uşaqları pis yoldan çəkindirmək, onlar arasında profilaktik tədbirlər təşkil etmək və bu həyatda uğur qazanmasına yardım etməkdir. Buna nail olmaqla biz icmalarımızı istənilən cinayətkar davranışdan müdafiə edə bilər və uşaqlarımızın şən və sağlam, cəmiyyətimizin isə parlaq gələcəyini təmin edə bilərik.



Bizə necə kömək edə bilərsiniz? – cəlb olunma
Könüllü olaraq: 
  • Fandreyzinqin təşkili
  • Uşaqlar, gənclər və böyüklərlə birgə bizim tədbirlərdə iştirak etmək
  • Uşaqlara hekayələr oxumaq, uşaqlar və böyüklər üçün seminar və mühazirələr keçimək
  • Uşaqlarla müxtəlif oyunlar təşkil etmək
Əgər Siz hər hansı şirkət, mağaza və ya digər kiçik, orta və ya iri biznes idarə edirsinizsə, bir illik xeyirxah əməllərinizi
bizim vasitəmizlə gerçəkləşdirə bilərsiniz. İstədiyiniz ərazidə, şəhər və kənddə, idarə və müəssisədə Şən İdman Avtobusunu dəvət
etməklə müxtəlif tədbirlər keçirə bilərsiniz. Bizim ehtiyaclarımız: Nəğd pul – bu həll olunması ən çətin hesab edilən məsələlərdən biridir. Biz sizin maliyyə dəstəyinizə ehtiyac duyuruq.
Şən İdman Avtobusu vasitəsilə uşaqlara, gənclərər və, ümumiyyətlə, icmalara göstərdiyimiz xidmətləri davam etdirmək üçün
bizə hər il təqribən
10.000 AZN gərəkdir. Bu vəsaitin hesabına biz 10-dan artıq şəhər və rayonda 3.000-dən artıq uşaq, gənc və
icma üzvlərini
əhatə edə bilərik.Donor olmaq və ya bizə maliyyə yardımı etmək istəyirsinizsə, zəhmət olmasa, aşağıdakı blankı bizim e-mail
ünvanımıza göndərin və biz sizə bu prosesi tamamlamaq üçün köməklik göstərəcəyik. Adınız ………………………………………………………………………………………………… Ünvan…………………………………………………………………………………………………. Poçt kodu ………………………… Telefon………………………………………………………………………………………………... Emailiniz……………………………………………………………………………………………… Mən bir dəfəlik olaraq (hər ay, hər rüb və ya hər il) Şən İdman Avtobusuna _____ AZN məbləğində pul köçürmək istəyirəm. Şən İdman Avtobusu Nizami küçəsi 117, AZ-1010, Bakı, Azərbaycan Respublikası Tel/Fax: 994-12-493-21-42, Təşəkkür edirik!

Şən İdman Avtobusuna Sponsorluq (Maliyyə yardımı) blankı

 

Şəkillər

  Uşaqların, xüsusilə də qız uşaqlarının idmana cəlb edilməsi, UNİCEF, British Council, UK Sport

   
   
   
   
   
   
   
   
   
 

  Ucqar kəndlərdə uşaqların asudə vaxtının təşkili və icma səfərbərliyi, PEPSİ Şirkəti

   
   
tel/faks: +994 (12) 493 2142, mobil: +994 (50) 349 2948
email: nzseidov@yahoo.com, relfuture@azdata.net