Ümidli Gələcək Təşkilatı Gədəbəy, Qazax, Aqstafa və Tovuz rayonlarında bələdiyyələrin əlaqələndirmə şuraları üçün keçirilən təlimləri artıq başa çatdırıb
Bakı, Azərbaycan
19 İyul 2004
Ümidli Gələcək Gənclər Təşkilatı Alman Texniki Əməkdaşlıq Jəmiyyətinin maliyyə dəstəyi ilə ölkənin qərb bölgəsində yerləşən Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarında bələdiyyələrin əlaqələndirmə şuraları üçün keçirilən təlimləri artıq başa çatdırıb. Həmin təlimlər adı çəkilən təşkilat tərəfindən ötən il bu bölgədə bələdiyyə üzvləri üçün keçirilmiş təlimlərin davamı hesab olunur. Təlim proqramına qərarların qəbulunda icma nümayəndələrinin iştirakı və demokratik qərar qəbulu məsələləri, şəffaflıq, ictimaiyyətlə əlaqələr, təşkilat işlərnin strateji planlaşdırılması, layihələrin yazılma qaydaları və s. bu kimi mövzular daxili idi.
Bu təlimlər Jənubi Qafqazın üç ölkəsinin - Gürcüstan, Ermənistan və Azərbaycanın sərhəd rayonlarında yerləşən oxşar qurumlar üçün nəzərdə tutulub və Almaniya hökumətinin Ərzaq Təhlükəsizliyi proqramının tərkib hissəsi hesab olunur. Bələdiyyələrin koordinasiya şuraları üçün təlimlərin başa çatmasından sonra icra hakimiyyəti nümayəndələri və vətəndaş cəmiyyətini təşkil edən strukturlar – ictimai təşkilat və dini qurumlar, QHT və digər təşkilatlar üçün keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ÜMİDLİ GƏLƏJƏK Gənclər Təşkilatı göstərilən sahələrdə təlimlərin keçirilməsi hüququnu ötən il Alman Texniki Əməkdaşlıq Jəmiyyətinin elan etdiyi tenderdə qalib gəldikdən sonra əldə edib. Həmin tenderdə ÜMİDLİ GƏLƏJƏK Jənclər Təşkilatından başqa bu sahələr üzrə ixtisaslaşmış daha dörd təşkilat da iştirak edirdi.
|