aze eng


ÜMİDLI GƏLƏCƏK GƏNCLƏR TƏŞKİLATININ PREZİDENTİNDƏN MÜRACİƏT
“Hörmətli Dostlar və Həmkarlar. Ümidli Gələcək Gənclər Təşkilatı artıq 7 ildir ki Azərbaycanda fəaliyyət...



"HUMAY"
Milli Akademiyasının Laureatı




"Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq"
Milli İctimai Mükafat



Washington University in St.Louis (Missouri)

Ümidli Gələcək Gənlər Təşkilatı 2008-ci ildən etibarən Washington University in St.Louis tələbələri üçün rəsmi Beynəlxalq təcrübə yeridir.

Washington University NEXUS newsletter

Washington University Field Instructor Manual





RFYO INTRANET


İnsan hüquqları və Demokratiyanın İnkişafı Proqramları
İnsan və uşaq hüquqlarını tədris edirik...
Demokratiyanı inkişaf etdiririk...
İcmalarımızı gücləndiririk...

İnsan Hüquqları və Demokratiyanın İnkişafı Departamentinin əsas məqsədi ölkədə gedən vətəndaş quruculuğu və demokratikləşmə prosesinə yardım göstərilməsi, vətəndaşların hüquq və vəzifələrinin onlara izah edilməsi, insan və uşaq hüquqlarının tədrisi və təbliği, icmaların gücləndirilməsi və bələdiyyə sisteminin formalaşdırılması, bələdiyyə üzvlərinin məlumatlandırılması və onların bilik və bacarıqlarının artırılmasından ibarətdir. Bununla yanaşı, Departament həmçinin qadınların və uşaqların hüquqlarının müdafiəsi sahəsində maarifçilik və hüquq müdafiəsi funksiyalarını da həyata keçirir. Vətəndaşların siyasi, mülki, sosial, iqtisadi və s. hüquqlarının qorunması və təmin edilməsinə yardım göstərilməsi Departamentin həyata keçirdiyi layihələrin əsas qayəsidir.

Təhsil, Mədəniyyət və İdman Proqramları
Gənclərimizi ruhlandırırıq...
Təhsilin keyfiyyətini yüksəldirik...
İncəsənət/mədəniyyət və idmanı təbliğ edirik...

Departament təhsilin səviyyəsi və keyfiyyətinin yüksəldilməsinə, təhsil sisteminin müasir dövrün tələblərinə uyğun olaraq reformasına dəstək vermək və təhsildə yeni texnologiyaların geniş tətbiqinə yardım etmək məqsədilə yaradılmışdır. Departamentin həyata keçirmiş olduğu layihələr müəllimlərin, şagirdlərin və onların valideynlərinin tədris prosesinə cəlb olunması, məktəbin və icmanın resurslarının səfərbər edilməsi, ailə və məktəb arasında geniş əməkdaşlığın qurulmasına xidmət edir və təhsilin səviyyəsinin yüksəlməsi işinə layiqli töhfə verir. ÜMİDLİ GƏLƏCƏK həmişə müxtəlif millət və mədəniyyətə məxsus adamlar arasında qarşılıqlı anlayış və biliklərin artırılması üçün dəstək göstərir. Biz inanırıq ki, mədəniyyətə və incəsənətə olan dəstək müxtəlifliyə və fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəsinə yardım edir. Departament həmçinin müxtəlif tədris və təhsil proqramları vasitəsilə Azərbaycan tarixi, onun zəngin mədəniyyəti, sülhsevən xalqı, milli və təbii sərvətləri haqqında həqiqətləri yayır və onların gələcək nəsl tərəfindən öyrənilməsini təbliğ edir. Biz kömək edərkən gənc sənətçilərin işinə, incəsənətin imkanlarının artırılması və müxtəlif mədəniyyətlərin geniş kütlələrə çatdırılmasına çalışırıq. İdmanın birləşdirici və tərbiyəedici rolunu nəzərə alaraq, Ümidli Gələcək uşaqlar və gənclər arasında idmanı təbliğ edir və müxtəlif proqramlar vasitəsilə gənclər arasında idmana olan marağı artırır.

Sosial və Səhiyyə Proqramları
Ən zəiflərə yardım edirik...
Uşaqlarımıza qayğı göstəririk...
Deinstitutlaşdırmanı təbliğ edirik...
Əllilərin reinterqrasiyasını dəstəkləyirik...

Sosial və Səhiyyə Departamentinin əsas məqsədi əhalinin zəif təbəqələrindən olan kimsəsiz və küçə uşaqları, əlillər və qocalar, qaçqın və məcburi köçkün insanlar, narkomaniya və HİV/AİDSə duçar olmuş insanlar və s. yardımçı olmaqdır. Bu sahədə Ümidli Gələcək Gənclər Təşkilatı yuxarıda göstərilmiş qrupların iştirakı ilə müxtəlif proqram və layihələrin hazırlanıb həyata keçirilməsi ilə onların yaşayış vəziyyəti və səhiyyə təminatının yaxşılaşdırılması; üzləşdiyi sosial və səhiyyə problemlərinin həlli üçün müvafiq texniki yardımın göstərilməsi; müxtəlif problemlərin həllinə dair maarifləndirici tədbirlərin görülməsini təmin edir.

Əlillər və xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya və cəmiyyətə reinteqrasiyası Ümidli Gələcək Təşkilatı üçün əsas prioritetlərdən biridir. Sosial və Səhiyyə Proqramları Departamenti bu istiqamətdə əsasən icma əsaslə reabilitasiya proqramlarının yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların orta məktəblərə inteqrasiyasının həyata keçirilməsi istiqamətində artıq geniş şaxəli işlər aparmaqdadır.

Müəssisələrdə yaşayan və təhsil alan uşaqların cəmiyyətə reinteqrasiyası Ümidli Gələcək Təşkilatının deinstitutlaşdırma proqramı əsasında apardığı işin əsas hissəsini təşkil edir. Azərbaycanda 17.000 uşağın 60-dan çox xüsusi təyinatlı müəssisələrdə yaşayıb təhsil alması bu problemin nə dərəcədə böyük və həllinin daha vacib olduğundan xəbər verir.

Ekologiya və Ətraf Mühitin Qorunması Proqramları
Ekoloji maarifləndirmə...
Sağlam və təhlükəsiz ətraf mühit...

Departament müxtəlif bukletlər, broşürlar, posterlər, məruzələr, aksiyalar, layihələr vasitəsilə, geniş əhali, icmalar, xüsusən, uşaq və gənclər arasında ekologiya, ətraf mühitin mühafizəsi sahəsində məlumat və biliklərin yayılmasını həyata keçirir.
tel/faks: +994 (12) 493 2142, mobil: +994 (50) 349 2948
email: nzseidov@yahoo.com, relfuture@azdata.net