aze eng


ÜMİDLI GƏLƏCƏK GƏNCLƏR TƏŞKİLATININ PREZİDENTİNDƏN MÜRACİƏT
“Hörmətli Dostlar və Həmkarlar. Ümidli Gələcək Gənclər Təşkilatı artıq 7 ildir ki Azərbaycanda fəaliyyət...



"HUMAY"
Milli Akademiyasının Laureatı




"Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq"
Milli İctimai Mükafat



Washington University in St.Louis (Missouri)

Ümidli Gələcək Gənlər Təşkilatı 2008-ci ildən etibarən Washington University in St.Louis tələbələri üçün rəsmi Beynəlxalq təcrübə yeridir.

Washington University NEXUS newsletter

Washington University Field Instructor Manual





RFYO INTRANET

İnsan hüquqları və Demokratiyanın İnkişafı Proqramları
Təhsil, Mədəniyyət və İdman Proqramları
Sosial və Səhiyyə Proqramları
Ekologiya və Ətraf Mühitin Qorunması Proqramları

Təhsil, Mədəniyyət və İdman Proqramları

Təhsilin keyfiyyətini yüksəldirik...

«HƏYATİ BACARIQLARA ƏSASLANAN TƏHSİL» LAYİHƏSİ, Mart-Avqust 2007
Təhsil Nazirliyi, BMT-nin Ümumdünya Ərzaq Prоqramı və Ümidli Gələcək Gənclər Təskilatı birgə 2007-ci
ilin Mart ayından baslayaraq «Həyati Bacarıqlara Əsaslanan Təhsil» layihəsini həyata kеçirib. Bu layihə
çərçivəsində təskilatın nümayəndələri Təhsil Nazirliyinin bu sahə üzrə mütəхəssisləri ilə birgə Ağcabədi,
Yеvlaх, Səki, Mingəçеvir, Ağdam, Biləsuvar, Füzuli, Saatlı, Sabirabad və Imisli rayоnlarında sеçilmis 167
məktəbin ibtidai sinif müəllimləri və validеynləri üçün «Həyati Bacarıqlara Əsaslanan Təhsil» kursu üzrə
təlimlər təskil еdiblər. Bundan əlavə, hər bir rayоn üzrə sеçilmis bir nеçə məktəbdə təlimlərdən öncə
vəziyyətin ilkin dəyərləndirməsi məqsədilə sоrğular və müsahibələr aparılıb. Layihə çərçivəsində Iyun ayının
7-də «Həyati Bacarıqlara Əsaslanan Təhsilin Təskili Pеrspеktivləri» mövzusunda Milli Kоnfrans kеçirilib.
Kоnfransda yuхarıda qеyd еdilmis pilоt rayоnlardan 70 nəfər müəllim, validеyn və təhsil söbələrin
mеtоdistlərinin istirakı еtmisdir. Həmçinin Layihə çərçivəsində Ümumdünya Ərzaq Prоqramının dəstəyilə
Ümidli Gələcək Gənclər Təskilatı Təhsil Nazirliyi ilə əməkdaslıqda qеyd оlunmus rayоnların оrta ümumtəhsil
məktəblərinin yuхarı sinif sagirdləri arasında həyati bacarıqların asılanmasını təmin еtmək məqsədilə yuхarı
sinif müəllimləri, rayоn təhsil söbələrinin müvafiq sahə üzrə mеtоdistləri və yuхarı sinif sagirdələrinin
validеynləri üçün Iyun ayının 17-19 tariхlərində Bakı səhərində 3 günlük təlim kursu təskil еdilmisdir. Layihə
çərçivəsində filmlər çəkilib və çap matеrialları təqdim еdilmisdir.

AZƏRBAYCANIN ÜÇ RAYОNUNDA “MƏKTƏB USAĞIN DОSTUDUR” KОNSЕPSIYASININ
İNKİSAFI, Mart-Dеkabr 2006

Mart ayının 23-24-də Avrоpa Оtеlində UNICЕF, Təhsil Nazirliyi, Usaq Hüquqları üzrə Azərbaycan QHT
Alyansı və Ümidli Gələcək Gənclər Təskilatının təskilatçılığı ilə «Məktəb Usağın Dоstudur» adlı kоnsеpsiya
çərçivəsində sеminar həyata kеçirilib. Azərbaycanın 7 rayоnu və Bakı və Sumqayıt səhərlərindən оlan
məktəb dirеktоrlarının, müəllimlərin, validеynlərin və təhsil söbələrinin nümayəndələrinin istirak еtdikləri
sеminarda təhsilin kеyfiyyətinin yüksəldilməsi, məktəbin usaqlar üçün daha yararlı mühitə çеvrilməsi
yоlları arasdırılıb. Özündə 5 əsas еlеmеnti – еffеktivliyi, müdafiəni, inklüziv/hərtərəfli təhsili, sağlamlığı
və validеyn və icmanın təhsil prоsеsinə cəlb еdilməsini birləsdirən «Məktəb Usağın Dоstudur»
kоnsеpsiyasında qеyd еdilmis hər bir istiqamət üzrə isçi qruplar yaradılaraq həmin məsələlər isçi
qruplarda görüləcək islərin planı və həm məktəblərə, həm icmalara, həm də dövlət və bələdiyyə
strukturlarına tövsiyyələr hazırlanıb. Tədbirdə istirak еdən təhsil naziri Misir Mərdanоv hazırlanmıs
tövsiyyələrin günün tələblərinə uyğun оlduğunu və yüksək pеsəkarlıqla tərtib еdildiyini bi.ldirdi. Həmçinin,
dövlətin də bu istiqamətdə fəaliyyət göstərdiyini və məktəblərin usaqların dоstlarına çеvrilməsi isinin nazirlik
üçün də priоritеt sahə оlduğunu vurğuladı. UNICЕF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Хanım
Hanaa Singеr də qısa zaman ərzində bu cür yüksək səviyyəli isin görülməsindən razı qaldığını və bu isləri
məhz pеsəkarların görə biləcəyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan хalqının dərin mədəniyyətə və
təhsil ənənələrinə malik оlması bеlə düsünməyə əsas vеrir ki, qısa zaman ərzində göstərilən məsələlər
rеallasacaq və Azərbaycan məktəbləri dünyanın inkisaf еtmis ölkələrinin məktəbləri səviyyəsinə
yüksələcəkdir.

Azərbaycanin 10 Rayonu Ərazisində Müvəqqəti Yerləşmiş 44 Məcburi Köçkün Məktəbində Valideyn-Müəllim-Məktəbli-Icma Əlaqələrinin Qurulmasi Və Valideyn-Müəllim Assosiasiyalarinin Yaradilmasina Texniki Dəstək, Unicef, Təhsil Nazirliyi Və Dünya Ərzaq Proqrami, Mərhələ Ii: Aprel-Iyun 2005
2004-cü il Noyabr ayının 1-dən etibarən Ümidli Gələcək Təşkilatı, UNICEF, Təhsil Nazirliyi və Ümümdünya ərzaq Proqramı ilə əməkdaşlıqda Azərbaycanın 10 rayonunda müvəqqəti məskünlaşmış qaçqın və məcburi köçkünlərin yerləşdiykləri ərazilərdə fəaliyyət göstərən 44 qaçqın və məcburi köçkün orta ümümtəhsil məktəbində valideyn-müəllim-şagird-icma əməkdaşlığının ququrması və inkişaf etdirilməsi ilə bağlı layihə həyata keçirməyə başlamışdır. Bu layihənin davamı olaraq Ümidli Gələcək Təşkilatı öz tərəfdaşları ilə əməkdaşlıqda yaradılmış VMA-ların inkişafı və imkanlarının genişləndirilməsi məqsədilə xüsusi tədris proqramı və icmaların səfərbər edilməsi üçün tədbirlər həyata keçirmiş və bundan əlavə yeni məktəblərdə VMA-ların təsis edilməsi prosesini davam etdirmişdi. Layihə çərçivəsində 44 məktəbdə 3 günlük təlim kursları, ictimai dinləmələr, dəyirmi masalar təşkil edilmişdir. Eyni zamanda VMA-ların inkişafı, məktəb-icma əlaqələri, fandreyzinq, strateji planlaşdırma, layihə menecmenti, proqramların və fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahələri üzrə seminarlar keçirilmiş və faydalı kitab və digər tədris materialları hazırlanaraq iştirakçılara paylanmışdır. Layihə UNICEF, Təhsil Nazirliyi və Dünya ərzaq Proqramının dəstəyi ilə həyata keçirilmişdir.

Azərbaycanin 10 Rayonu Ərazisində Müvəqqəti Yerləşmiş 44 Məcburi Köçkün Məktəbində Valideyn-Müəllim-Şagird-Icma Əlaqələrinin Ququrmasi Və Valideyn-Müəllim Assosiasiyalarinin Yaradilmasina Dəstək, Mərhələ I: Noyabr-Dekabr 2004-cü il
Bu layihə çərçivəsində 44 məktəbdə valideyn, müəllim, şagird və icma numayəndələri ilə müxtəlif təlim, seminar, konfrans və s. tədbirlər təşkil ediləcəkdir. Bu tədbirlər vasitəsi ilə icma numayəndələri və valideynlərin məktəbə cəlb edilməsi, uşaqların tədris və tərbiyə prosesində yaxından iştirakının gücləndirilməsi, məktəbin problemlərinin həllində icma və valideynlərin imkanlarından, bilik və bacarıqlarından istifadə edilməsinə zəmin yaradılması və s. məsələlər ətrafında geniş müzakirələr aparılacaq və bütün tərəflərə bu sahələrdə faydalı bilik və bacarıqların əldə edilməsi üçün şərait yaradılacaqdır. Layihə ilə nəzərdə tutulmuş tədbir və proqramlar Mingəçevirdə fəaliyyət göstərən 52 saylı Ağdam məktəbi, Şəki şəhərindəki - Kəlbəçər rayon 37 saylı və Laçın rayon ×ələbixan məktəbi, Yevlax şəhərindəki - Ağdam rayon 23 saylı və Kəlbəcər rayon 30 saylı məktəbi, Ağdam rayonundakı - Qüzanlı kənd 18 saylı məktəbi, Aücabədi rayonundakı - Aücabədi rayon Yastı yol, Xocavənd rayon 1 saylı, Laçın rayon orta məktəbi, Fizuli rayonundakı - Fizuli şəhər 59 saylı və Cəbrayıl rayon 7 saylı məktəbi, Imişli rayonundakı - Fizuli rayon 35 və 36 saylı və Cəbrayıl rayon 16 saylı məktəbi, Səbirabad rayonundakı - Fizuli rayon 31 və 32 saylı, Cəbrayıl rayonu 12 saylı və Zəngilan rayonu 25 saylı məktəbi, Saatlı rayonundakı - Fizuli rayon 34 saylı və Cəbrayıl rayonu Tatarkənd kənd məktəbi, Ağdam rayonundakı - 150, 85, 148 və 68 saylı məktəblər, Fizuli rayonundakı - 1-8 saylı məktəbləri, Biləsuvar rayonundakı - 8,9,10 və düşərgə 1 və 3-də yerləşən məktəbləri, Ağdam rayonundakı - 129, 151 və Ergi düşərgəsi məktəblərində həyata keçiriləcəkdir. Ümumiyyətlə, layihədə 2500 valideyn, 350 müəllim və 1000 şaqird iştirak edəcək və nəticədə pilot şəklində 15-20 məktəb seçilərək orada Valideyn-Müəllim Assosiasiyalarının yaradılması üzrə xüsusi tədbirlər həyata keçiriləcəkdir. Layihə çərçivəsində Dekabr ayının 1-dən 3-dək və 4-dən-6-dək Bakı şəhəri Bilgə Istirahət Mərkəzində hər birində qeyd olünmüş məktəblərdən 23 nəfərin iştirakı ilə iki təlim kursu keçiriləcəkdir. Təlim kursu zamanı iştirakçılara valideyn-müəllim-şagird-icma əməkdaşlığı, bu əməkdaşlığın səmərəli fəaliyyəti, valideynlərin məktəb həyatına yaxından cəlb olunması və s. mövzülara dair məlumatlar veriləcəkdir.

Layihə UNICEF, Təhsil Nazirliyi və Dünya ərzaq Proqramının dəstəyi ilə həyata keçirilmişdir.

Valideyn-Müəllim-Şagird-Icma Əlaqələrinin Genişləndirilməsi Və Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasinin Yaradilmasina Dəstək, Mərhələ Ii: Aprel-Dekabr 2004-cü il
Ümidli Gələcək Gənclər Təşkilatı 2003-cü ilin aprel ayından başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və UNICEF-lə birgə "Valideyn-Müəllim Assosiasiyalırının yaradılması" adlı layihə həyata keçirir. Valideyn-müəllim əməkdaşlığının ən səmərəli və dünya ölkələrində artıq özünu təsdiqləmiş modeli kimi valideyn-müəllim assosiasiyaları tanınır. Yuxarıda qeyd edildiyi kimi, VMA-ların yaradılması məqsədi və onların üzərinə qoyulacaq vəzifələr Sovet dövründə yaradılmış və təssüfki hələ də formal da olsa, mövcud olan valideyn komitələrinin məqsəd və vəzifələrindən çox fərqlənməsə də, VMA-ların formalaşdırılması, yaradılması, fəaliyyəti və iş mexanizmləri kəskin sürətdə valideyn komitələrindən fərqlənir. Bu fərqliliyi və cəmiyyətdə artıq uzun müddət ərzində fəaliyyət göstərən valideyn komitələri və pedaqoji şuraların əvəzində onları tamamlayan və birləşdirən Valideyn-Müəllim Assosiasiyalarının yaradılması və ölkə ərazisində geniş yayılmasını təmin etmək məqsədi ilə 2003-cü il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi, UNICEF və Ümidli Gələcək Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə Təhsil Nazirliyi və UNICEF-in 5 pilot məktəbində Azərbaycanda ilk dəfə olaraq "Valideyn-Müəllim Assosiasiyalarının yaradılması" adlı pilot layihə həyata keçirilməyə başladı. Bir neçə mərhələdən ibarət olan bu layihə çərçivəsində Bakı şəhərində Bakı Avropa Liseyi, Qüba şəhərində 2 saylı, Şəki şəhərində 10 saylı, Qəbələ rayonunun Vəndam kəndində və Masallı rayonunun Köhnə Alvadı kəndində orta ümümtəhsil məktəblərdə Valideyn-Müəllim Assosiasiyalarının yaradılması istiqamətində ilkin araşdırmalar aparıldı. Ikinci mərhələdə qeyd edilmiş pilot məktəblərdə artıq VMA-lar yaradılmış, valideyn, müəllim, məktəblilər və şəhər-kənd ictimaiyyəti numayəndələrinin iştirakı ilə onların təsis iclasları keçirilmiş və rəhbər orqanlarına numayəndələr seçilmişdir. 2003-cü ilin sonunadək yüxarıda sadalanan məktəblər siyahısına Bakı şəhər 46, 18 və 181 saylı məktəblər, "Araz" Ekoloji liseyi, Quba şəhər 4 və 6 saylı, Qəbələ rayonu Vəndam kənd 2 saylı, Masallı rayonu Təzə Alvadı və Musa Küçə kənd məktəbləri və Şəki şəhər 19 saylı məktəbi də əlavə edilmişdir. Əlbəttə ki, bu pilot layihənin və onun çərçivəsində formalaşdırılmış və fəaliyyəti təmin edilmiş VMA-ların yaradılmasının əsas məqsədi Valideyn-Müəllim əməkdaşlıüının yeni forması olan VMA-ların effektivliyini, onların mövcud şəraitdə yaradılması zərürətini və məktəb və tədris prosesində olan mövcud problemlərin həllində və valideynlərin məktəbə cəlb edilməsi və müəllimlərlə əməkdaşlığın yeni - tərəfdaşlıq əsasları ilə ququrması və s. vacib proseslərdə oynayacağı mühüm rolu təsdiq etsin və bu modelin gələcəkdə respublikanın digər rayon, şəhər və kənd məktəblirində tətbiq edilməsinə yol açsın və modelin perspektivliyinin göstərsin. Bu sahədə həmçinin Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən layihə çərçivəsində hazırlanıb çap edilmiş bukletlər, plakatlar və çəkilmiş qısa metrajlı video roliklərin və s. böyük köməyi və təsiri olmuşdur. Lakin onu da etiraf etmək lazımdır ki, bu məhdud vasitələrlə ölkə ictimaiyyətinə dolüün və faydalı məlumatı tam dərəcədə çatdırmaüa nail olmaq qeyri-mümkün olmuşdur. 2003-cü il ərzində aparılan layihənin nəticəsi olaraq Oktyabr ayının 23-də Hyat Recensi Otelində 50 məktəbin valideyn, şagird və müəllim nümayəndələrinin iştirakı ilə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Təsis Konfransı keçirilmiş, onun Nizamnaməsi, proqramı təsdiq edilmiş, rəhbər vəzifələrə nümayəndələr seçilmişdir.

Valideyn-Müəllim Assosiasiyaları Üzrə Milli Siyasətin Formalaşdırılmasına Dair Milli Konfrans: Yanvar -Fevral 2004

2003-cü ildə həyata keçirilmiş layihə çərçivəsində yaradılmış VMA-ların əldə etdiyi nailiyyətlər, təcrübə və bilikləri geniş yaymaq, geniş ictimaiyyəti VMA ideyası haqda maarifləndirmək və VMA hərəkatının respublikanın digər məktəblərinə yaymaq məqsədi ilə Ümidli Gələcək Təşkilatı UNICEF və Təhsil Nazirliyinin dəstəyi ilə Hyat Recensi Mehmanxanasında şəhər, rayon təhsil şöbələrinin rəhbərləri, respublikanın 10 yaxın məktəbin direktorları, valideynlər, təhsil işçilərin və QHT və KIV nümayəndələrinin iştirakı ilə Konfrans təşkil etmişdir. Konfransda 320-ə yaxın iştirakçı qatılmışdı. Konfrans zamanı təşkil edilmiş işçi qruplarda Milli Siyasətin formalaşdırılması, VMA-ların nümunəvi nizamnaməsi və ikin fəaliyyət planı hazırlanmış və Təhsil Nazirliyi və UNICEF-ə təqdim edilmişdi.

Layihə UNICEF və Təhsil Nazirliyinin maliyyə və texniki dəstəyi ilə həyata keçirilmişdi.

Sülh Naminə Tədris: Münaqişələrə Son Qoyaq, Zorakılıqdan Əl Çəkək Və Ədaləti Bərqərar Edək: Aprel-Sentyabr 2004
«Ümidli Gələcək» Gənclər Təşkilatı «Yuva» Humanitar Mərkəzi, Gürcüstanda fəaliyyət göstərən Məcburi Köçkün Qadınlar Asosiasiyası və Helsinki Vətəndaş Assambleyası ilə birgə Danimarka Qaçqınlar Şurasının maliyyə və Təhsil Nazirliyinin texniki dəstəyi ilə «Sülh naminə Tədris: münaqişələrə son qoyaq, zorakılıqdan əl çəkək və ədaləti bərqərar edək» adlı layihəni həyata keçirmişlər. Bu layihə Bakı, Sumqayıt, Biləsuvar, Saatlı, Imişli, Bərdə,Mingəçevir və Gürcüstanın Qori, Tsxaltubo və Kutaisi rayonlarında məskunlaşmış qaçqın və məcburi köçkün uşaqların təhsil aldığı orta ümumtəhsil məktəblərində həyata keçirmişdir. Layihə zamanı qeyd olunmuş məktəblərdən 25 müəllim seçilərək, Bakıda «Sülh Mədəniyyəti və münaqişələr həlli» üzrə keçirilən təlim kursunda iştirak etmiş və sonra əldə etdikləri bilik və bacarıqlarını işlədikləri məktəblərdə yerli təlimlərin təşkili vasitəsi ilə digər müəllimlərlə bölüşmüşlər. Bundan əlavə layihə zamanı Azərbaycan və Gürcü dillərində «Sülh Mədəniyyəti və münaqişələr həlli» adlı dərs vəsaiti hazırlanmış və məktəblərə paylanmışdır. Layihənin nəticəsi olaraq, Azərbaycan və Gürcüstan respublikalarının Təhsil Nazirlikləri, QHT-lər, Danimarka, Norvec və s. ölkələrin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində Sentyabr ayında «Sülh Mədəniyyəti və münaqişələr həlli» mövzusuna dair Beynəlxaln Konfrans təşkil edilmişdir.

Layihə KRINQO şəbəkəsi çərçivəsində Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Pilot Valideyn-Müəllim Assosiasiyalarının Yaradılması: Mart – Dekabr 2003

Bu layihənin əsas məqsədi Azərbaycanda ilk dəfə pilot məktəblərdə Valideyn müəllim əməkdaşlığına təkan vermək və bu əməkdaşlığın yeni modeli olan ilk dəfə Valideyn-Müəllim Assosiasiyalarınıı yaratmaq və sınaqdan keçirərək sonradan bu modeli respublikanın digər məktəblərində yaymaq. Layihə respublikanın Qəbələ, Şəki, Masallı, Quba və Bakı şəhərlərinin pilot məktəblərində həyata keçirilmişdi. 10 ər ərzində bu məktəblərdə VMA-lar yaradılmış və onların fəaliyyətinə təkan verilmiş, valideynlər, müəllimlər və uşaqlar arasında əməkdaşlıq yaradılmış, VMA-ların yaradılması üzrə xüsusi təlim vəsaiti hazırlanmış və məktəblər arasında paylanmışdır. Layihə zamanı mövzuya dair bir televiziya verilişi, 45 dəqiqəlik sənədli film hazırlanmış və təqdim edilmişdi.

Layihə UNICEF-in maliyyə və Təhsil Nazirliyinin texniki dəstəyi ilə həyata keçirilmişdi.

"Əgər Mən Sülhün Elçisi Olsaydım..." Adlı Məktəblilər Arasında Inşa Müsabiqəsi: Aprel-Iyun 30 2002
Bu layihənin əsas məqsədi Azərbaycanda BMT-nin 10 illik Sülh mədəniyyətinin təbliğinə dəstək vermək məqsədi ilə respublikanın bütün məktəblərinin iştirakı ilə "Əgər mən sülh elçisi olsaydım..." adlı Inşa Müsabiqəsi keçirməkdən ibarət olmuşdur. Layihə üzrə respublikanın bütün şəhər, rayon və kənd məktəblərindən 6000-ə yaxın inşa təqdim edilmiş və onların sırasından ən yaxşı 20 inşa seçilmiş və kitab şəklində çap edilmişdi. Inşalardan tərtib edilmiş kitabın təqdimatı və müsabiqə qaliblərinn mükafatlandırılması məqsədi ilə Təhsil Naziri Prof. Misir Mərdanov, Qadınlar üzrə Dövlət Komitəsinin sədri Prof. Zəhra Quliyevə, UNIFEM-in rəhbəri xanım Patrisiya Makfilips və Azərbaycan üzrə Milli Rəhbəri xanım Gülşən Paşayeva, Milli Məclisin deputatları, qalib uşaqlar və s. qonaqların iştirakı ilə Hyat Recensi mehmanxanasında Təqdimat Mərasimi keçirilmişdi.

Layihə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün Inkişaf Fondunun (UNIFEM) maliyyə vəsaiti ilə həyata keçirilmişdi.

Tələbə Və Gənc Alimlərin Iqtisadiyyat Üzrə I Milli Konfrans: May 1999
Tələbələr arasında elmi araşdırmalara marağın artırılması, iqtisadi biliklərin artırılması və tələbələr arasında əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsi məqsəd ilə ÜMIDLI GƏLƏCƏK təşkilatı Tələbə və Gənc Alimlərin 1-ci Iqtisadi Konfransını təşkil etmişdir. Bu konfransda tələbə və gənc alimlərin iqtisadiyyatın müxtəlif sahələri üzrə elmi işləri haqda məruzələri dinlənilmiş, geniş diskussiya və disputlar aparılmışdı. Konfransın yekunları üzrə təqdim edilmiş bütün elmi əsərlərdən ibarət kitab çap edilmiş və iştirakçılara təqdim edilmişdi. Konfransda Azərbaycanın bir çox rayonlarından - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəmkir və s. 100-dən çox tələbə qatılmışdı. Konfransın Müsiflər heyəti üç institut - Elmlər Akademiyasının Iqtisadiyyat Institutu, Azərbaycan Dövlət Iqtisadiyyat Universiteti və Azərbaycan Neft Akademiyasının iqtisadçıları və ailmlərindən təşkil olunmuşdu. Konfransa 100-dən artıq elmiş iş təqdim edilmiş və cəmi 36 elmi iş şifahi təqdimat üçün seçilmiş, onların sırasında fərqlənənlər diplom və pul mükafatlarına layiq görülmüşdü. Konfransda iştisadiyyatın müxtəlif sahələri üzrə alimlər Akad. Ziyad Səmədzadə, Akad. Teymur Vəliyev, Milli Məclisin deputatları Səttar Səfərov, Nizami Xudiyev və s. qonaqlar da iştirak etmişlər.

Bu tədbir Chevron Overseas Exploration Ltd., Bakcell-Motorola və Gənclər, Idman və Turizm Nazirliyi tərəfindən maliyyələşdirilmişdi.

Azərbaycan Dövlət Neft Akademiyasında Birinci Ixtisaslandırılmış Iqtisadi Kitabxana: Avqust-Fevral 1999
ÜMIDLI GƏLƏCƏK Azərbaycan Dövlət Neft Akademiyasında iqtisadiyyat, informasiya texnologiyaları və dəqiq elmlər üzrə Kitabxana yaratmış və bununlada respublikada uzun müddətdir ki müşahidə olunan bu sahələr üzrə kitab qıtlığına son qoymuş və tələbə, müəllim və elmi işçilər üçün yeni iqtisadi məlumatlar və yeni kitablara və yeni biliklərə yiyələnmək üçün geniş imkanlar yaratmışdı. Kitabxanada Rusiyadan alınmış 2300-dən artıq kitab yığılmışdır. Kitabxana müasir avadanlıq, kserokopiya aparatı, kompüter texnikası və 25 nəfər üçün rahat oxu zalı ilə təmin edilmişdi.

Layihəyə Chevron Overseas Exploration Ltd. Şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilmişdi. sponsorluq etdi.

Sumqayıt Dövlət Universitetində İkinci Ixtisaslandırılmış Iqtisadi-Texniki Kitabxana: Aprel-May 2000
Sumqayıt şəhərinin Azərbaycanın 4 ən böyük şəhərindən və Sumqayıt Dövlət Universitetinin ölkənin ən böyük universitetlərindən biri olduğunu və tələbələrin kitab və başqa tədris materiallarına olan ehtiyacını nəzərə alaraq ÜMIDLI GƏLƏCƏK bu tədris ocağında iqtisadi və texniki ədəbiyyat kitabxanası açmağa nail olmuşdu. Kitabxanaya, Bakıdakı kitabxana kimi, 25 nəfərlik rahat oxu zalı, iqtisadiyyat, texniki elmlər, kompüter texnologiyaları, maşınqayırma, neft və qaz istehsalı, neftkimya, riyaziyyat, fizika, mexanika, maşınqayırma və digər sahələrə dair 600-dən çox kitab alınmış, kompüter, kserokopiya aparatı və s. avadanlıqla təhciz edilmişdi.

Layihə Unocal Khazar və Statoil Caspian neft şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilmişdi.

Gənclərimizi ruhlandırırıq...
Incəsənət/mədəniyyət və idmanı təbliğ edirik...

Tələbə & Gənc Alimlərin Iqtisadiyyat Üzrə Ii Respublika Konfransı
1999-cu ildə təşkil edilmiş Konfrans zamanı irəli sürülən təklifləri nəzərə alaraq Ümidli Gələcək 2000-ci ildə də Tələbə və Gənc Alimlərin iqtisadiyyat elmləri üzrə 2-ci Respublika Konfransını təşkil etmişdir. Azərbaycan iqtisadiyyatında neft siyasətinin əsas yer tutmasını nəzərə alaraq konfransın devizi “Azərbaycanın qeyri-neft sənayesi: investisiya axını və inkişafın perspektivləri” seçilmişdi. Konfransa təqdim edilmiş elmi işlər arasından 35 elmi iş və 15 məruzə seçilmiş və Konfrans və onun çərçivəsində təşkil edilmiş seminarlarda geniş müzakirə edilmişdi.

Layihə DEVON Energy CORPORATION və Gənclər, Idman və Turizm Nazirliyi tərəfindən maliyyələşdirilmişdi.

Gənclərin Ingilis Dilində 1ci Drama Festivalı - 1999, 23 Noyabr
Bu ÜMIDLI GƏLƏCƏK-in Incəsənət, Mədəniyyət və Idman proqramları Departamentinin birinci eksperimental və çox uğurlu layihəsi idi. Bu bir növ birinci festival-yarış və ən azı Azərbaycan gəncləri üçün teatr sənətində istedad və bacarıqlarını ayırd etmək və göstərmək üçün bir imkan idi. 10-a yaxın ibtidai məktəb, universitetdən 25-dən çox kollektiv və şəxslər festivalda iştirak etdilər və onlar tərəfindən ingilis dilində teatr və musiqi tamaşaları göstərildi. Iştirakçılar Şekspir, Puşkin, Mark Tven, Bernard Şou və başqa müəlliflərin işlərini təqdim etdilər. Müsiflər heyəti üç ən yaxşı tamaşanı diplom və pul mükafatları ilə təltif etdilər. Qalan iştirakçılar Festivalın sertifikatları verildi. Festivala Bakcell-Motorola, Gənclər, Idman və Turizm Nazirliyi və Bakıda Amerika Universireri (AUB) sponsorluq etmişdilər.

Birinci Bal Rəqsləri Festivalı - 2000, 11 Iyun
Festival Bakıda "Hyatt Regency" Otelində Quba zalında keçirildi. Festivalda 6-dan çox Bal Rəqsləri Məktəbi və 60-a yaxın nümayəndə iştirak etdilər. Yaş həddi 8 lə 24 yaş arasında idi. Rəqs qrupları vals, cayv, ça-ça, samba, tvist, rok-n-roll və başqa rəqs kompozisiyaları təqdim etdilər. Bununla yanaşı bir neçə individual kompozisiyalar da təqdim olunmuşdu. Məşhur Azərbaycan rəqqaslarına və peşəkar sənətçilərdən ibarət müsiflər heyəti iki yaş kateqoriyası, iki rəqs - Avropa və Latın rəqsləri kateqoriyaları və üç keyfiyyət - kiçik, böyük və peşakar kateqoriyalarına görə seçim təyin etmişdi. Heyət Festivalın qaliblərini diplom, qiymətli hədiyyələrlə mükafatlandırdılar və bütün iştirakçılar sertifikat aldılar. Bu layihə ÜMIDLI GƏLƏCƏK tərəfindən üzvlük haqqından və kitabxananın üzvlük haqqları ilə maliyyəşdirilmişdi.

Gənclərin İkinci Dram Festivalı - 2000, 23 Noyabr
Bu ÜMIDLI GƏLƏCƏK GƏNCLƏR TƏŞKILATI tərəfindən təşkil olunmuş ikinci illik festival idi. Festival məşhur Azərbaycan dramaturqu C. Cabbarlının 100 illiyinə həsr olunmuşdu. Bakı və Sumqayıtın 20-dən çox ibtidai və orta məktəblərinin 40-dan artıq teatr yaradıcı qrupları festivalda iştirak etmək arzularını bildirmişdilər, lakin müsiflər heyəti tərəfindən ancaq 17 qrup seçildi. Festival proqramı iki yerə-Azəri/Rus və Ingilis bölmələrinə bölünmüşdü. Bu kollektivlər arasında festivaldaxili qurulmuş yarış Müsiflər heyəti tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmış 6 uğurlu qrup aşgar edildi. Qalan iştirakçılar sertifikat aldılar. Müsiflər heyəti məşhur aktyorlar, xarici şirkətlərin (ingilis dili bölməsi üçün) nümayəndələri Açıq Cəmiyyət Institutunun (Soros fondu) mədəyiyyət və incəsənət proqramları koordinatoru, Gənclər və Idman Nazirliyinin (mədəniyyət/incəsənət və gənclər proqramları şöbəsi) nümayəndəsi və C. Cabbarlı-nın nəvəsindən təşgil olunmuşdu. Bu festival Ümidli Gələcək 2001-ci ildə Bakıda keçirilməyə planlaşdırılan I Avropa Incəsənət Festivalı üçün Azərbaycanda seçim xarakteri daşıyırdı. Festival BP Exploration Caspian Sea Ltd. tərəfindən sponsorlaşdırıldı.

Sübhdən Qürubədək/Gənclərin Yaradıcılıq Festivalı: 13-18 Dekabr 2001-ci il
Bu layihə Ümidli Gədləcək Gənclər Təşkilatının Mədəniyyət və Incəsənət Departamentinin Azərbaycan mədəniyyət və incəsənətinin inkişafı və bu prosesdə gənclərin iştirakına həsr olunmuş birinci böyük layihəsidir. Bu layihə əsasən istedadlı gənclərin kəşfinə və beynəlxalq festivallarda özünü layiqincə nümayiş etdirməyə yönəldilmişdir. Bundan əlavə festivalın əsas məqsədlərindən biri də gələn il Bakı şəhərində keçirməyə planlaşdırılan «MEYDAN» Avropa Gənclər Festivalına potensial iştirakçıların seçimi idi. Layihənin adı «Sübhdən Qürubədək/Gənclərin Yaradıcılıq Festivalı» idi və o üç gün müddətində keçirildi: Azərbaycan Kinoteatrı (birinci gün), Art Salon (ikinci gün) və R.Behbudov adına Mahnı Teatrı (üçüncü gün). Onu da qeyd etmək lazımdır ki, belə bir festival Azərbaycanda ilk dəfə keçirilmişdir. Festival çərçivəsində həyata keçirilən tədbirlər BP Exploration Caspian Sea Ltd., AR Gənclər, Idman və Turizm Nazirliyi, Açıq Cəmiyyət Institutu – Yardım Fondu, AzEuroTel BM və Parfums de France şirkətlərinin sponsorluğu ilə mümkün olmuşdur.
tel/faks: +994 (12) 493 2142, mobil: +994 (50) 349 2948
email: nzseidov@yahoo.com, relfuture@azdata.net