aze eng


ÜMİDLI GƏLƏCƏK GƏNCLƏR TƏŞKİLATININ PREZİDENTİNDƏN MÜRACİƏT
“Hörmətli Dostlar və Həmkarlar. Ümidli Gələcək Gənclər Təşkilatı artıq 7 ildir ki Azərbaycanda fəaliyyət...



"HUMAY"
Milli Akademiyasının Laureatı




"Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq"
Milli İctimai Mükafat



Washington University in St.Louis (Missouri)

Ümidli Gələcək Gənlər Təşkilatı 2008-ci ildən etibarən Washington University in St.Louis tələbələri üçün rəsmi Beynəlxalq təcrübə yeridir.

Washington University NEXUS newsletter

Washington University Field Instructor Manual





RFYO INTRANET

İnsan hüquqları və Demokratiyanın İnkişafı Proqramları
Təhsil, Mədəniyyət və İdman Proqramları
Sosial və Səhiyyə Proqramları
Ekologiya və Ətraf Mühitin Qorunması Proqramları

İnsan Hüquqlari & Demokratiyanin İnkişafi Layihələri

İnsan və Uşaq hüquqlarını təbliğ və tədris edirik...
Demokratiyanı inkişaf etdiririk..

Uşaq Hüquqlarının Təbliği və Müdafiəsi Sahəsində «Heç Bir Usağı Nəzərdən Qaçırmayaq» Milli ictimai Mükafatın təqdim etmə mərasimi: 23 Iyun 2008-ci il
2006-cı ildən еtibarən QHT Alyansı UNiCEF-in Azərbaycandakı Ofisi ilə əməkdaslıqda və Azercell Telekom sirkətinin dəstəyilə «Hеç Bir Usağı Nəzərdən Qaçırmayaq» milli kampaniyası çərçivəsində usaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyətləri ilə sеçilmis qurum və səхslərin mükafatlandırılmasını həyata kеçirir. 2008-ci ildə də QHT nümayəndələri arasında kеçirilmis sоrğular əsasında yеddi nоminasiya üzrə mükafatlandırılacaq qurum və səхslər müəyyənləsdirilib. QHT Alyansına daхil оlan və usaq hüquqlarının müхtəlif sahələri üzrə fəaliyyət göstərən QHT-lərin nümayəndələrindən ibarət fоrmalasdırılmıs Təskilat Kоmitəsi may-iyun aylarında mükafatın vеrilməsi ilə bağlı əsas məqamları müəyyənləsdirib, еləcə də sоrğuların kеçirilməsi qaydaları razılasdırılıb. Bundan sоnra isə bilavasitə sоrğuların kеçirilməsi həyata kеçirilib. Sоrğunun nəticəsində qalib оlmus qurum və səхslərə müxtəlif nоminasiyalar üzrə mükafatlar vеrildi. Usaq Hüquqlarının Təbliği və Müdafiəsi Sahəsində «Heç Bir Usağı Nəzərdən Qaçırmayaq» Milli ictimai Mükafatın təqdim etmə mərasimi QHT Alyansı, Azərbaycan Respublikasının Insan Hüquqları Üzrə Müvəkkili (Оmbudsman), UNiCEF-in Azərbaycan Ofisi və Azercell Tеlеkоm sirkətinin dəstəyilə 2008-ci il iyun ayının 23 növbəti dəfə M.Maqоmayеv adına Dövlət Filarmоniyasında gеrçəkləsdi.

“USAQ HÜQUQLARI KLiNiKASI”, UNiCEF, ATƏT-in Bakı ofisi, Böyük Britaniya Səfirliyi, Böyük Britaniyanın Esseks Universitetinin Usaq Hüquqları Mərkəzi: Faza 1, sentyabr-dekabr 2007
Usaq Hüquqları Klinikası insan Hüquqları üzrə Müvəkkillə (Ombudsman) əməkdaslıqda UNICEF-in, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Usaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvləri olan Ümidli Gələcək Gənclər Təskilatı və “Hüquq Dünyası” Hüquqi Təbliğat ictimai Birliyi tərəfindən 15 sentyabr 2007-ci il tarixində Bakı səhərində təsis olunub. Usaq Hüquqları Klinikasının əsas məqsədi Usaq Hüquqları sahəsində Kliniki Hüquqi Təhsilin inkisafına kömək etmək və Usaqlara Hüquqi yardım göstərməkdir. Usaq Hüquqları Klinikasının vəzifələri sırasında usaq hüquqlarının təbliği və milli səviyyədə ictimai vəkillik və maarifləndirmənin təskili; kliniki təhsilin inkisaf etdilrilməsi yolu ilə usaq hüquqları sahəsində hüquqsünasların əməkdaslığının yaradılması; usaqlara pulsuz hüquqi yardımların göstərilməsi; usaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə məhkəmələrdə müdafiə isinin həyata keçilrilməsi; yuvenal ədliyyə sahəsində gənc hüquqsünasların hazırlanması; usaqların hüquqi müdafiəsi sahəsində ixtisaslasmıs pesəkar hüquqsünasların hazırlanması vəzifələri vardır.


“USAQ VƏ GƏNCLƏRiN SOSIAL REABILITASIYA MƏRKƏZI”, UNICEF, ATƏT, Böyük Britaniya Səfirliyi, Böyük Britaniyanın Esseks Universitetinin Usaq Hüquqları Mərkəzi: Faza 1, sentyabr-dekabr 2007

2007-ci ilin Avqust ayında Daxili islər Nazirliyi, UNiCEF-in Azərbaycandakı Nümayəndəliyi, ATƏT-in Bakı ofisi və Ümidli Gələcək Gənclər Təskilatı arasında Əməkdaslıq Memorandumu imzalandı. imzalanmıs memorandum çərçivəsində Ümidli Gələcək Gənclər Təskilatı Daxili islər Nazirliyi, UNiCEF, ATƏT-in Bakı ofisi və Böyük Britaniya Səfirliyinin dəstəyi ilə və Böyük Britaniyanın Esseks Universitetinin Usaq Hüquqları Mərkəzi ilə əməkdaslıqda ilk dəfə olara pilot səklində Bakı səhərinin Nərimanov rayonunda qanunla
ziddiyyətdə olan, az ağır və ağır cinayət və digər hüquqpozmalar törətmis, habelə çətin tərbiyə olunan yetkinlik yasına çatmayanlar arasında profilaktik isin aparılması və bu usaqlara dair alternativ tərbiyəvi tədbirlərin tətbiqini həyata keçirəcək xüsusi Psixo-Sosial Reabilitasiya və Hüquqi Yardım Mərkəzi yaradılıb. Ümidli Gələcək Gənclər Təskilatı Yanvar 2008
Mərkəzə qəbul edilən usaqlar rayon yetkinlik yasına çatmayanların isləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon polis idarərləri tərəfindən rəsmi səkildə göndərilir. Qəbul edilmis hər bir usaqla ən azı 3-4 aylıq müddət ərzində psixo-sosial reabilitasiya isi aparılır. Usaqlarla aparılan bu cür alternativ icma əsaslı reabilitasiya isi rayon yetkinlik yasına çatmayanların isləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon polis idarərləri, habelə məhkəmələrə aylıq hesabatlar təqdim edir.


«HEÇ BIR USAĞI NƏZƏRDƏN QAÇIRMAYAQ» LAYiHƏSININ 2-Ci FAZASININ AZƏRBAYCANDA HƏYATA KEÇiRiLMƏSi, Avropa Birliyi Komissiyası və UNICEF, May 2005 – Iyun 2006
2005-ci ilin May ayından baslayaraq Usaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı UNICЕF və Avrоpa Birliyinin Kоmissiyası ilə birgə 2005-2006-ci illəri əhatə еdəcək və öz əsasında milli səviyyədə usaq hüquqlarının tədrisi və vəkilliyi sahəsində Azərbaycanın müхtəlif dövlət qurumlarının usaq prоblеmləri ilə məsğul оlan məsul nümayəndələri, usaq hüquqları ilə məsğul оlan yеrli QHT-lər, bеynəlхalq təskilatların əməkdasları və həmçinin usaqlar üçün хüsusi təlim/tədris kursunun təskili, sеçilmis rayоnlarda yеrli dövlət
qurumları, QHT-lər və usaqların istirakı ilə sеminar-təlimlərin kеçirilməsi və Altеrnativ QHT hеsabatında əksini tapmıs tövsiyyələrin həyata kеçirilməsi məqsədilə dövlət оrqanları ilə sıх əməkdaslığın qurulmasından ibarət оlacaq «Hеç Bir Usağı Nəzərdən Qaçırmayaq» layihəsinin 2-ci Fazasını həyata kеçirir.

BAKI SƏHƏRiNiN 11 RAYОNUNDA QANUNLA MÜNAQiSƏDƏ ОLAN YЕTKiNLiK YASINA ÇATMAYANLAR ÜÇÜN USAQDAN-USAĞA DƏSTƏK VƏ MЕNTОRLUQ ХiDMƏTLƏRi, UNiCЕF: May-Оktyabr 2006
Layihənin əsas məqsədi «Risk altında olan yetkinlik yasına çatmayanların reabilitasiyası və cəmiyyətə tam inteqrasiyasının təskili və onların cəmiyyətdən təcrid olunmasının qarsısının alınması məqsədilə səmərəli monitorinq və yönləndirmə mexanizmlərinin yaradılması» olub. Bu pilot layihə QHT Alyansının üzvləri olan – Ümidli Gələcək Gənclər Təskilatı, Azərbaycan Gənc Hüquqsünaslar Birliyi, «El» Inkisaf Proqramları Mərkəzi tərəfindən May-Oktyabr aylarında Bakı səhərinin 11 rayonu ərazisində həyata keçirilib. Layihə
çərçivəsində Bakının bütün rayonlarının Icra Hakimiyyətləri yanında fəaliyyət göstərən «Yetkinlik yasına çatmayanların isləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar», rayon polis söbələrinin usaqlarla isləyən polis müfəttisləri, məktəblərin psixoloqları və tərbiyə isləri üzrə müavinləri, usaq problemlərilə əlaqəli isləyən QHT-lərlə sıx əməkdaslıq qurulmus və layihə ilə nəzərdə tutulmus təbdirlər planı sadalanan qurumların birgə əməkdaslığı nəticəsində həyata keçirilmisdir. Layihə müddəti ərzində qanunla ziddiyətə düsməyə risk altında
olan usaqların vaxtında müəyyənləsdirilməsi, onlar arasında psixo-sosial reabilitasiya isinin aparılması vasitəsilə məktəbə, ailəyə və cəmiyyətə tam inteqrasiyasını əks etdirən mexanizm hazırlanmıs və təcrübədən keçirilmisdir.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən Hökumət hesabatına alternativ QŞT hesabatı hazırlamaq məqsədilə QHT-lər üçün Qrant Müsabiqəsi, Mərhələ II: Yanvar-İyun 2005-ci il
Yuvenal Ədliyyə Sisteminin Inkişafi Və Yuvenal Ədliyyə Sistemini Təşkil Edən Qurumlarin Fəaliyyətinin Monitorinqi, Atət-In Baki Ofisi, Sentyabr 2005 – Iyun 2006
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının katiblik funksiyasını həyata keçirən Ümidli Gələcək Gənclər Təşkilatının təşəbbüsü və ATƏT-in Bakı Ofisinin dəstəyilə QHT Alyansın Yuvenal Ədliyyə üzrə Işçi Qrupunun üzvləri olan Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Azadlıqdan Məhrumetmə yerlərinin müşahidəsi Ictimai Birliyi, «El» Inkişaf Proqramları Mərkəzinin iştirakı ilə «Yuvenal ədliyyənin inkişafı» proqramı çərçivəsində Azərbaycanın rayon və şəhərlərində yerləşən polis məntəqələrinin nəzdində olan müvəqqəti saxlama yerləri, uşaq bölüşdürücü mərkəzləri, uşaq tərbiyə müəssisəsi, yetkinlik yaşına çatmayanların saxlanması üçün nəzərdə tutulmuş təcridxanalar, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin monitorinqini həyata keçirir. Eyni zamanda 2006-cı ilin Yanvar – Iyun ayları ərzində yetkinlik yaşına çatmayanların işləri ilə əlaqədar düzənlənəcək məhkəmə proseslərinin də müşahidəsi həyata keçiriləcəkdir. Bu layihənin nəticəsi olaraq, sadalanan sahələrdə mövcud problem və çətinliklər və onların aradan qaldırılması məqsədilə konkret təklif və tövsiyyələrdən ibarət hesabat hazırlanacaq və aidiyyatı orqanlara təqdim ediləcəkdir.

Azərbaycanda Yuvenal Ədliyyə Islahati - Ii Faza, Atət-In Baki Ofisi Və Böyük Britaniya Səfirliyi, Sentyabr 2005 - Yanvar 2006
2005-ci ilin sentyabr ayından başlayaraq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ATƏT-in Bakı ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə «Azərbaycanda Yuvenal Ədliyyə Islahatı» adlı layihə həyata keçirir. Layihənin məqsədi BMT-nin UHK, Pekin qaydaları, Ər-Riyad prinsipləri, Havana qaydaları və yuvenal ədliyyənin yaradılması və icrası ilə bağlı digər vacib beynəlxalq və milli qanunvericilik sənədləri ilə mütəxəssis və bu sahədə çalışanları məlumatlandırmaq, Azərbaycanda beynəlxalq standartlara cavab verən yuvenal ədliyyənin yaradılması sahəsində müzakirələr aparmaqdır. Layihə çərçivəsində Noyabr ayının 22-26-da QHT-lərin, Ədliyyə Nazirliyinin, Daxili Işlər Nazirliyinin, Ombudsman Aparatının, Polis Akademiyasının, Bakı Dövlət Universitetinin nümayyəndələri üçün təlim kursu həyata keçirildi. Təlimin aparılmasında Isveçrəli mütəxəssis Andre Dünant və yerli mütəxəssislər iştirak edirdilər.

«Heç Bir Uşaği Nəzərdən Qaçirmayaq» Milli Kampaniyasi: Faza 1, Mart-Sentyabr 2003
Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq Layihəsinin 2-ci Fazası 2005-2006-ci illəri əhatə edəcək və öz əsasında milli səviyyədə Uşaq hüquqları və uşaq hüquqlarının vəkilliyi sahəsində Azərbaycanın müxtəlif dövlət qurumlarının uşaq problemləri ilə məşğul olan məsul nümayəndələri, uşaq hüquqları ilə məşğul olan yerli və beynəlxalq QHT-lərin əməkdaşları və uşaqlar üçün Təlimçilər üçün Təlimin təşkili, təlimdən keçmiş nümayəndələr tərəfindən çalışdıqları təşkilatın digər üzvləri üçün seminarların keçirilməsi, seçilmiş rayonlarda yerli dövlət qurumları, QHT və uşaqların iştirakı ilə seminar-təlimlərin aparılmasından ibarət olacaqdır. Təlim proqramı ilə paralel olaraq QHT Alyansı milli səviyyədə uşaqlara dair milli siyasətin həyata keçirilməsində iştirak edən müxtəlif dövlət, beynəlxalq və yerli QHT-lərin, UNICEF, Avropa Birliyi, Dünya Bankı və s. təşkilatların birgə əməkdaşlığının inkişaf etdirilməsinə çalışacaq və təcili həllini gözləyən uşaq problemlərinə həmin qurumların diqqətini cəlb etməyə və onların həlli istiqamətində birgə çalışmağa səsləyəcəkdir. Bu məqsədlə layihə çərçivəsində Ölkə üzrə Məsləhətçi Qrup təşkil ediləcəkdir. Ölkə üzrə Məsləhətçi Qrupun əsas məqsədi uşaq problemləri sahəsində çalışan dövlət, beynəlxalq və yerli QHT-lər, BMT-nin agentlikləri, Avropa Birliyi, ATƏT və s. təşkilatları birləşdirərək uşaq problemlərinin müzakirəsini, fəaliyyətin əlaqələndirilməsini və cəmiyyətə çatdırılmasını təmin edəcəkdir. Layihə UNICEF və Avropa Birliyi Komissiyası tərəfindən dəstəklənmişdir.

Azərbaycanda Yuvenal Ədliyyə Sisteminin Inkişaf Perspektivləri: 1-ci Faza, Fevral-May 2005
Layihənin əsas məqsədi Azərbaycanda yuvenal ədliyyə sisteminin yaxşılaşdırılmaçü və inkişafı üçün təklif və tövsiyyələr hazırlamaqdan ötrü ölkə üzrə yuvenal ədliyyə sistemində araşdırma aparmaq və qanunvericiliyin BMT-nin beynəlxalq standartları ilə müqayisə edərək yuvenal ədliyyə idarəçiliyinin təkmilləşdirilməsidir: qurbanın diqqət mərkəzində saxlanılması üsulunan istifadə edərək uşağın diqqət mərkəzində saxlanılmasına çalışmaq, yəni dəstəyə, reabilitasiyaya və reinteqrpsiyaya ehtiyacı olan uşağı sistemin qurbanı kimi nəzərdən keçirmək. Yuvenal ədliyyənin mövcud vəziyyətini və cari sistemi nəzərdən keçirməyə yardım etmək və layihə komandasını və digər maraqlı ekspert və QHT üzvlərini gələcəkdə yuvenal ədliyyənin Azərbaycanda inkişaf etdirilməsi yolları və modeləri ilə tanış etmək üçün Isveçrədən və Rusiya Federasiyasından iki müstəqil ekspert dəvət edilmişdi. Ədliyyə Nazirliyinin, Daxili Işlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Azyaşlılarla Iş və Uşaqların Hüquqlarını Müdafiəsi üzrə Dövlət Komissiyalarının, QHT-lərin, Mass- medifnın nümayəndələri ilə ikitərəfli, çoxtərəfli görüşlər, dəyirmi masalar, konfranslar, mətbuat konfransları seminarlar təşkil edilmişdi. Ümidli Gələcək Gənclər Təşkilatı, «EL» Inkişaf Proqramları Mərkəzi və Respublika Uşaq Təşkilatının birgə həyata keçirdiyi ba layihənin nəticəsi kimi yuvenal ədliyə sistemində cari vəziyyət və vəziyyətin yaxşılaşdırılması üçün fəaliyət planı barədə hesabat hazırlanacaq və eləcə də BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim ediləcək QHT hesabatının tərkib hissəsi kimi təqdim ediləcək.

Layihə Britaniya Səfirliyi və ATƏT-in Bakıdakı ofisi tərəfindən dəstəklənir.
Uşaq Hüquqlari Üzrə Azərbaycan Qht Alyansi Tərəfindən Azərbaycan Uşaqlarin Vəziyyətinin Təhlili Və Onlarin Həlli Üçün Tövsiyyələrin Hazirlanmasi Məqsədilə Və Bmt-Nin Uşaq Hüquqlari Komitəsinə Uşaqlarin Vəziyyətinə Dair Qht Hesabatinin Hazirlanib Təqdim Edilməsi Məqsədilə Qht-Lər Üçün Kiçik Qrantlar Müsabiqəsi, Mərhələ Ii: Yanvar-Iyun 2005-ci il

BMT-nin Uşaq Hüquqları Konvensiyasını imzalayan hər bir dövlət ilkin hesabatı Konvensiyanı imzaladıüı tarixdən iki il ərzində və sonra isə hər beş ildən bir ölkədə bu Konvensiyanın həyata keçirilməsi və uşaqların ölkə daxilində mövcud durumu barədə BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim etməlidir. Bundan sonra isə Komitə həmin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) koalisiyasının bu hesabata alternativ hesabat təqdim etmələrini istəyir. Azərbaycan hökuməti artıq öz ikinci və üçüncü birləşdirilmiş hesabatını BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edib. Indi isə QHT-lər alternativ hesabatın hazırlanması üzərində fəaliyyətə başlamalıdırlar. Bu məqsədlə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 2004-cü ilin noyabr ayından etibarən özündə 55 ictimai təşkilatı birləşdirən QHT koalisiyası yaradılması istiqamətində fəaliyyətə başlayıb. Dekabr ayının 7-də həmin təşkilatların və digər dövlət və qeyri-hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların və kütləvi informvsiya vasitələrinin iştirakı ilə koalisiyanın Təsis Konfransı keçirilib. Dekabrın 10-11-də işçi qruïlarının nümayəndələri üçün hesabatın hazırlanması qaydalarına dair seminar keçirilib. Bundan sonra isə hesabatın hazırlanması üzrə QHT koalisiyasının işçi qruïu tərəfindən hesabatın əhatə edəcəyi bir sıra yaxın sahələr üzrə mövzular birləşdirilərək, 5 mövzu üzrə sub-qrant müsabiqəsinin elan edilməsi qərarlaşdırılıb. Hazırlanacaq hesabat həm BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etmək üçün, həm də daha da genişləndirilmiş formada ölkə daxilində uşaqlarla və uşaqlar üçün işləyən dövlət, qeyri-hökumət təşkilatları, eləcə də beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələri nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulur. Sub-qrant layihələri müsabiqəsinin mövzuları aşaüıdakılardan ibarətdir:

  • Yuvenal Ədliyyə sistemində islahat;
  • Paytaxtda və regionlarda yaşayan uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə uşaqların iştirakının təmin olunduüu forumlarının keçirilməsi;
  • Internat və internat tiïli müəssisələrdə tərbiyə olunan uşaqlar, küçə uşaqları, aztəminatlı ailələrdən olan uşaqlar və xüsusi qayüıya ehtiyacı olan uşaqlarla iş;
  • Uşaqlar üçün yararlı səhiyyə sistemi;
  • Uşaq hüquqlarının təbliüi və uşaq ïroblemlərinin mediada işıqlandırılması.
Layihə UNICEF, Kanada Səfirliyi (Kanada Beynəlxalq Inkişaf Agentliyi), Uşaqları Xilas və Dünyaya Baxış Təşkilatlarının dəstəyi və yardımı ilə həyata keçirilir.

Gənc Insan Və Uşaq Hüquqlari Müdafiəçiləri Üçün Bmt Və Avropa Şurasi Çərçivəsində Beynəlxalq Insan Və Uşaq Hüquqlarinin Mexanizmlərinə Dair Beynəlxalq Təlim Kursu - Mart 2005
Layihə «Ümidli Gələcək» Cənclər Təşkilatının Avropa Şurası Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Təlim kursunda MDB ölkələrindən 25 nəfər gənc iştirak etmişdir. Iştirakçılar Rusiya Federasiyası, Moldova, Ukrayna, Özbəkistan və Gürçüstan, və Azərbaycan Respublikasından olmuşdur. Təlim zamanı təlimçilər iştirakçılara 6 gün ərzində insan və uşaq hüquqlarının mahiyyyəti, onların qorunması üçün BMT və Avropa strukturları çərçivəsindəki mexanizmlər və s. məsələlər barəsində geniş məlumatlar vermişlər. Eləcədə təlim çərçivəsində ekspert qismində dəvət olunmuş mütəxəssislər də insan və uşaq hüquqlarının müdafiə mexanizmləri barədə öz təcrübələrini təlim iştirakçıları ilə bölüşmüşlər. Təlim kursu əsasən rol oyunları, fasilitasiya, debatlar, diskussiyalar, forumlar və s. metodlardan istifadə etməklə həyata keçirilmişdir.

MDB Və Mərkəzi Şərqi Avropa Regionu Ölkələrində Münaqişələrin Həlli Və Sülh Quruculuğunda Gənclərin Iştiraki Modelləri Və Uğurlu Təcrübələrin Paylaşmasina Dair Gənc Liderlər Üçün Beynəlxalq Təlim Kursu
«Ümidli Gələcək» Gənclər Təşkilatı «MDB və Mərkəzi-Şərqi Avropa regionu ölkələrində mövcud münaqişələrin həlli və sülh quruculuğu prosesində gənclərin iştirakı modellərinə dair gənc liderlər üçün beynəlxalq təlim kursu» adlı layihə həyata keçirib. Layihənin məqsədi postsosialist ölkələrində mövcud olan münaqişələrin araşdırılması, onların baş vermə səbələrinin öyrənilməsi və bu münaqişələrin həll edilməsində gənclərin rolunun müəyyənləşdirilməsidir.

Təlim kursuna cəlb edilmiş gənclər məhz bir zamanlar sosialist düşərgəsinə daxil olan, 80-ci illərin sonlarından isə ölkələrin təmsilçiləri idilər. Buraya Azərbaycan və Gürcüstan, Rusiya və Moldova, Bosniya-Hersoqovina, Makedoniya, Serbiya və Monteneqro kimi ölkələrin nümayəndələri daxildir. Altı gün davam edən təlim kursunda iştirakçılar münaqişələrin öyrənilməsi, təhlili, idarə olunması qaydaları, münaqişə tərəfləri arasında vasitəçilik, danışıqlar və onların aparılmasında QHT-lərin rolu, sülh quruculuğu və mədəniyyətlərarası təhsil və sayrı bu kimi mövzuları müzakirə edədi.

Təlim kursunun sonuncu günü isə təlim iştirakçıları konfrans keçirərək və öz ölkələrində, eləcə də münaqişələrin öyrənildiyi ölkələrdə baş verənlərə öz münasibətlərini bildərəcək və münaqişələrin aradan qaldırılması yolunda görəcəkləri işlərdən söhbət açdılar. Layihə Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilib.

Gənc Siyasi Liderlər Üçün Beynəlxalq Təlim Kursu, Avropa Şurasinin Avropa Gənclər Fondu Yanvar - May 2005
Gənc Liderlər üçün Siyasi Liderlik və Inkişafa dair Beynəlxalq Təlim Kursu Azərbaycanın şəhər və kənd regionlarında gənc siyasi liderlərin yetişmələrinə yardım etməni nəzərdə tutan bu yenilikçi pilot layihə siyasi cəhətdən fəal olan QHT, icma, bələdiyyə, siyasi partiya üzvlərinin, Azərbaycandakı xarici ölkə səfirliklərinin siyasi ekspertlərinin və bir sıra Avropa ölkələrindən iştirakı şəraitində həyata keçirilib. Təlim kursları Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiya Federasiyasının gəncləri və Isveçdən olan gənclərin və təcrübəli şəxslərin iştirakı ilə keçirildi.

Layihə çərçivəsində həmçinin bu sahədə gənc siyasi liderlərin və təlimçilərin birliyini yaradıldı, gənc siyasi liderlərə və siyasi partiyaların və QHT-lərin nümayəndələrinə lazımi biliklər, bacarıqlar, ideyalar və məlumatlar, praktik cəhətdən faydalı informasiyalar verildi, onların bacarıqlarının inkişaf etdirilməsi və siyasi institutların və siyasi bacarıqların gücləndirilməsi amacı ilə onlar arasında təcrübə və bilik mübadiləsi inkişaf etdirildi. Qadınların siyasi proseslərə cəlb edilməsi, qadınların siyasi qabiliyyətlərinin gücləndirilməsi və kənd və şəhər regionlarında qadınların siyasi liderliyinin və onların siyasi və ictimai fəal institutularda rolunun gücləndirilməsi də layihənin hədəflərindəndir. Təlim kursunun iştirakçıları və ümumiyyətlə siyasi fəaliyyətdə olan və siyasətlə maraqlanan gənclər arasında məlumat, bilik və bacarıqlar mübadiləsini təşkil etmək və eyni zamanda gənclər arasında şəbəkə yaratmaq məqsədilə layihə çərçivəsində iştirakçıların təşəbbüsü nəticəsində «Youth_In_Politics» və ya «Gənclər Siyasətdə» email qrupu yaradıldı. E-mailə daxil olmaq üçün youth_in_politics-subscribe@yahoogroups.com poçtuna məktub göndərmək və ya http://groups.yahoo.com/group/youth_in_politics internet saytına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Layihə çərçivəsində həmçinin Beynəlxalq Mətbuat Mərkəzində «Gənclərin Siyasətdə Rolu» mövzusunda Beynəlxalq Konfrans təşkil edildi.

Azərbaycanda Uşaqlarin Vəziyyəti Və Bmt-Nin Uşaq Hüquqlari Konvensiyasinin Icrasina Dair Qht Alternativ Hesabatinin Hazirlanib Bmt-Nin Uşaq Hüquqlari Komitəsinə Təqdim Edilməsi, Mərhələ I: Noyabr-Dekabr 2004-cü il
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanda uşaqların mövcud vəziyyəti, Azərbaycan hökuməti tərəfindən Uşaq Hüquqları Konvensiyasının icrası və ümumiyyətlə, uşaq hüquqları sahəsində mövcud olan problemlərlə bağlı Hesabat hazırlamaq niyyətindədir. Bu məqsədlə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən UNICEF və diqər beynəlxalq təşkilatların dəstəyi ilə hesabatın hazırlanması üçün əllidən artıq QHT və uşaq və qənclər qruplarını birləşdirəcək QHT Koalisiyası yaradılmışdır. QHT Koalisiyası çərçivəsində hesabatı hazırlayacaq işçi qruplar müəyyənləşdirilib. Həmin işçi qruplar, uşaq hüquqlarının tədrisi, müdafiəsi, qaçqın və məcburi köçkün uşaqların vəziyyəti, uşaqlara qarşı zorakılıq və uşaq əməyinin istismarı, uşaq alveri, kimsəsiz, əlil və küçə uşaqlarının mövcud vəziyyəti və s. sahələri əhatə edən məsələləri araşdıracaqlar. Hesabatın hazırlanması haqqında rəsmi bəyanat və onun nəzərdən keçirəcəyi məsələlər, BMT-nin UHK-nə Hesabatın Hazırlanması üzrə QHT Koalisiyasının 7 Dekabr 2004-cü il saat 10:00-da keçirəcəyi Konfrans və 13:00-da keçirəcəyi Mətbuat Konfransında elan edilmişdir. Hazırlanacaq hesabat 2005-ci ilin iyun ayının sonunadək hazırlanacaq və BMT-nin Cenevrədə yerləşən Uşaq Hüquqları Komitəsinə təqdim ediləcəkdir. Bundan sonra QHT Koalisiyasının nümayəndə heyəti BMT-nin Uşaq Hüquqları Komitəsinin 2005-ci ilin sentyabr-oktyabr aylarında keçirilən Sessiyasında iştirak edəcək və öz hesabatını müxtəlif dövlətləri təmsil edən 18 mütəxəssis qarşısında təqdim edərək onların suallarını cavablandıracaqdır. QHT Koalisiyası tərəfindən təqdim ediləcək hesabatın dinlənilməsindən sonra, 2006-cı ilin yanvar ayında Azərbaycan Hökümət nümayəndələri həmin Komitənin qarşısında Azərbaycan Höküməti tərəfindən qöndərilmiş hesabatı təqdim edəcək və Komitə mütəxəssislərinin suallarını cavablandıracaqlar. Azərbaycan höküməti tərəfindən təqdim edilmiş hesabat nəzərdən keçirildikdən sonra, BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaqların vəziyyəti və BMT-nin Uşaq Hüquqları Konvensiyasının Icrası ilə bağlı mövcud olan problem və çətinliklərin həlli üçün Azərbaycan Hökümətinə konkret təklif və tövsiyyələr hazırlayıb təqdim edəcəkdir.
Layihənin I Mərhələsi UNICEF tərəfindən maliyyələşdirilmişdir.

Məhbuslarin Hüquq Və Azadliqlari – 2004-cü il 05 May
«Gənc məhbuslara hüquq və azadlıqları sahəsində tədris» adlı layihə Ümidli Gələcək Gənclər Təşkilatı, Azərbaycan Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının Icrası Baş Idarəsi ilə birgə həyata keçirilmişdir. Layihəninn həyata keçirilməsində əsas məqsəd QHT və dövlət qurumlarının insan hüquqlarının tədrisi sahəsində əməkdaşlığı artırmaq, seçilmiş uşaq, qadın və kişi cəzaçəkmə müəssisələrində və korreksiya-tərbiyə mərkəzində əsasən 14-40 yaş arası oğlan və qız məhbuslara insan hüquqları, qadın və uşaq hüquqları, məhkəmə sistemi, məhkəmələrə müraciət qaydaları və s. mövzulara dair faydalı biliklərə yiyələnmək üçün geniş imkan yaratmaqdan ibarət olmuşdur. Bu layihə ilə bağlı təlimlər Bakı şəhərində yerləşən 4 cəzaçəkmə müəssisəsi və ağır tərbiyə olunan uşaqlar üçün xüsusi internat məktəbində keçirilmişdir. Layihə Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilmişdir.

MDB Gənclərinin Sülh Quruculuğu Və Münaqişələrin Transformasiyasinda Rolu Mövzusunda Beynəlxalq Təlim Kursu Və Konfrans, Yanvar - Mart, 2004
Layihə «Ümidli Gələcək» Cənclər Təşkilatının Avropa Şurasının maliyyə dəstəyi və Rusiya Federasiyasının Sankt-Peterburq Universitetinin Münaqişələr Mərkəzi və Rusiya-ABŞ Münaqişələr və Vasitəçilik Proqramı ilə birgə hazırladığı və həyata keçirdiyi Beynəlxalq Təlim Kursu və Beynəlxalq Konfransdan ibarət olmuşdur. Təlim kursunda MDB və Baltikyanı ölkələrdən 30 nəfər gənc iştirak etmişdir. Iştirakçılar 16 nəfəri Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya), Belarus, Rusiya Federasiyası, Moldova, Ukrayna, Qazaxstan, Qırğızıstan və Gürçüstan, və 14 nəfəri isə Azərbaycan Respublikasından olmuşdur. Təlim zamanı milli və beynəlxalq təlimçilər və dəvət edilmiş mütəxəssislər iştirakçılara 7 gün ərzində münaqişəşünaslıq, münaqişələrin yaranma və inkişaf mərhələləri, münaqişələrin növləri və həlli mexanizmləri, sülh quruculuğu, sülh mədəniyyəti, sülh quruculuğu və münaqişələrin həllində gənclərin və gənclər təşkilatlarının rolu və s. məsələlər barəsində geniş məlumatlar vermişlər. Təlim kursu əsasən rol oyunları, fasilitasiya, debatlar, diskussiyalar, forumlar və s. metodlardan istifadə etməklə həyata keçirilmişdir.

«Heç Bir Uşaği Nəzərdən Qaçirmayaq» Milli Kampaniyasi: Faza 1, Mart - Sentyabr 2003
Uşaq Hüquqları üzrə Azərbayan QHT Alyansının da üzv olduğu Uşaqlar üçün UNICEF/QHT Reional Şəbəkəsi tərəfindən MDB, Mərkəzi və Şərqi Avropa və Baltikyanı ölkələrdə Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq Layihəsi 2003-cü ilin Iyun ayında başlamışdır. Avropa Birliyi Komissiyasının maliyyə dəstəyi ilə Uşaqlar üçün Regional Şəbəkənin 10 ölkədəki üzvləri və UNICEF tərəfindən həyata keçirilən bu layihənin əsas məqsədi MDB, Mərkəzi və Şərqi Avropa və Baltikyanı Ölkələrdə uşaq hüquqlarının icrasına dəstək verməkdir. 1989-cu ildə qəbul edilmiş BMT-nin Uşaq Hüquqları Konvensiyası qeyd edilmiş regionun bütün ölkələri tərəfindən ratifikasiya edilmişdir. Lakin yoxsulluq, zorakılıq, diskriminasiya və diqqətsizlik Konvensiyanın tam həcmdə icrasına maneələr törədir.

Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq Layihəsinin 2003-2004-cü illər ərzində həyata keçirilmiş I fazası ərzində əsasən regional və subregional səviyyələrdə işlər aparılmış, təlimçilər üçün təlim kursları keçirilmiş, vəziyyətin təhlili aparılmış, regionda uşaq hüquqlarının tədrisi ilə məşqul olan QHT-lər və təlimçilərin siyahısı hazırlanmış və Uşaq hüquqlarının tədrisi və vəkilliyi sahəsində xüsusi tədrim vəsaiti yazılmışdır. Hazırlanmış materiallar əsasında Gürcüstan, Makedoniya, Ukrayna, Özbəkistan və Albaniyada sub-regional təlim kursları keçirilmişdir.

Regional və sub-regional tədbirlərdə iştirakla yanaşı Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 2004-cü ilin Iyun ayında Azərbaycan respublikası Təhsil Nazirliyi, Gənclər, Idman və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Insan Hüquqları üzrə Müvəkkilin və uşaq hüquqları sahəsində çalışan QHT-lərin iştirakı ilə Uşaq Problemləri üzrə 1-ci Milli Konfrans təşkil etmişdir. Eyni zamanda QHT Alyansı tərəfindən Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq Milli Kampaniyası çərçivəsində uşaqlar tərəfindən onların ən aktual problemlərini əks etdirən 1-dəqiqəlik filmlər hazırlanmış və Azərbaycan Televiziyası, Space Televiziyası vasitəsilə yayımlanmışdır. Layihə UNICEF və Avropa Birliyi Komissiyası tərəfindən dəstəklənmişdir.

«Mənim Hüququm...» Uşaq Və Yeniyetmələr Arasinda Respublika Rəsm Müsabiqəsi, Mart – Oktyabr, 2003
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyi və UNICEF-lə əməkdaşlıqda həyata keçirilən bu layihənin əsas məqsədi uşaq və yeniyetmələr və ümumiyyətlər geniş əhali arasında BMT-nin Uşaq Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu əsasında maarifləndirmə prosesini təşkil etmək və əhalinin uşaq problemləri haqqında məlumatlılığını artırmaqdar ibarət olmuşdur. Müsabiqədə Azərbaycanın 50-dən çox rayonundan 6000 uşaq və yeniyetmə iştirak etmiş və onlardan 50 rəsm müəllifi Münsiflər Heyəti tərəfindən seçilmiş və müxtəlif mükafatlarla təltif edilmişlər. Ən yaxşı 5 əsərin müəllifinə isə həmçinin pul mükafatları təqdim edilmişdir. Layihənin sonunda respublikada ilk dəfə olaraq «Uşaq Hüquqlarının Tədrisi və Təbliğatı» mövzusunda Konfrans təşkil edilmişdir ki, burada ən yaxşı 50 əsərin müəllifləri, Təhsil Naziri Misir Mərdanov, Böyük Britaniyanın səfiri Andryu Taker, UNICEF, QHT nümayəndələri və uşaq hüquqları sahəsində mütəxəssislər iştirak etmişdir. Layihə nəticəsində ən yaxşı 50 əsərdən ibarət «Heç bir uşağı nəzərdən qaçırmayaq: Azərbaycanın seçimi» adlı xüsusi kitab hazırlanmış və müsabiqə iştirakçıları, dövlət qurumları, kitabxanalara, QHT və beynəlxalq təşkilatlara paylanmışdır.

Qadinlarin Hüquqlari, Onlarin Pozulmasi Və Müdafiəsinə Dair Beynəlxalq Təlim Kursu, Avqust – Dekabr, 2003
Avropa Şurasının 2002-ci ildə qadın huquqları sahəsində təşkil etdiyi Avropa Konfransın davamı olaraq, Ümidli Gələcək Gənclər Təşkilatı Avropa Şurasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanda MDB məkanında Qadın Hüquqları, onların pozulması və müdafiəsinə dair Beynəlxalq Təlim Kursu və Konfrans keçirmişdi. Bu təlim kursunda Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanda qadın hüquqları və insan hüquqlarının müdafiəsi və tədrisi sahəsində fəaliyyət göstərən QHT və dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Təlim kursu və konfransın əsas məqsədi MDB ölkələrində bu sahədə olan vəziyyəti araşdırmaq və təhlil etmək, bu sahədə olan təcrübəyəni dinləmək, iştirakçılara insan və qadın hüquqları sahəsində lazımi bilik və bacarıqları vermək və mövcud vəziyyətdən çıxış yolu tapmaq və qadın hüquqların təmini ilə bağlı konkret təkliflər paketi hazırlamaqdan ibarət olmuşdu. Təlim Ümidli Gələcək Təşkilatının milli təlimçiləri tərəfindən keçirilmiş və təlimdə qeyd edilmiş ölkələrdən 30 nəfər iştirakçı iştirak etmişdir.

Layihə Avropa Şurasının Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilmişdi.

«Ombudsman: Insan Hüquqlarivə Azadliqlarini Müdafiə Etmək Üçün Mandat» Adli Baki Beynəlxalq Ombudsmanlar Konfransi, Iyun – Sentyabr, 2003>
ÜMIDLI GƏLƏCƏK Gənclər Təşkilatı Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə və Avropa Birliyi Komissiyasının yardımı ilə Bakıda ilk dəfə olaraq Ombudsmanların Beynəlxalq Konfransını təşkil etmişdi. Konfransda Yunanıstan, Kanada, Beynəlxalq Ombudsman Instiututu, Macarıstan, Avstriyanın ombudsmanları iştirak etmişdi. Dörd gün ərzində dəvam edən Konfransda respublikanın dövlət qurumlarının nümayəndələri, Ədliyyə Nazirinin müavini, Əmək və Sosial Müdafiə Nazirinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin spikerinin müavini, Daxili Işlər Naziri və Təhsil Nazirinin müavinləri, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi və Appelyasiya Məhkəməsinin sədr müavinləri, Ombudsman Aparatının işçiləri, Azərbaycanda fəaliyyət göstərən QHT və səfirliklərinin nümayəndələri iştirak etmiş və bir sıra vacib məsələlər ətrafında hesabatlar və təqdimatlar dinlənilmişdi. Bundan əlavə dəvət edilmiş qonaqlar Milli Məclis və BDU-də görüşlər keçirmiş, Ədliyyə Nazirliyinin nəzdində olan müəssisələrə səfər etmiş və oradakı vəziyyətlə maraqlanmışlar. Konfrans zamanı təşkil edilmiş işçi qruplarda dəvət edilmiş ombdusmanlar və Azərbaycan Respublikasnıın Ombudsmanı və onun aparatının əməkdaşlarının iştirakı ombudsmanların fəaliyyəti prinsipləri, ərizələrin toplanması və baxılması, qərarların qəbulu və illik hesabatların hazırlanması və s. vacib məsələlər üzrə geniş diskussiya və müzakirələr aparılmışdı.

Konfrans Avropa Birliyinin Komissiyası tərəfindən maliyyələşdirilmişdi.

İnsan Hüquqlari Tədrisi Mərkəzi – Mart-Fevral 2001/02
Azərbaycan əhalisinin nəs hissəsini təşkil edən gənclər Insan Hüquqları və Demokratiya Tədrisi sahəsində vacib gücə malikdir. ÜMIDLI GƏLƏCƏK onların inkişaf potensialının tanınması, birgə iş və düşüncənin artırılmasında gənclərin rolunun təbliğini rəhbər tutur. Layihə gənclər təşkilatları və tədrisin inkişafı üçün çalışır. Bundan başqa layihə tərkibinə Insan Hüquqları və Demokratiya Məlumat və Sənədləşdirmə Mərkəzi, çap və çap meterialları, məruzələr və seminarlar, Gənclərin Insan hüquqları Dram Festivalı, Rəsm/Poster Sərgisi, Foto müsabiqənin keçirilməsi və Insan Hüquqları Tədrisinin Internet Səhifəsinin yaradılması kimi fəaliyyətlərini daxil edir. Bütün bunlar BP Exploration Caspian Sea Ltd. şirkətinin maliyyə dəstəyi vasitəsilə həyata keçirilmişdir.

İnsan Hüquqlari Və Vətəndaş Cəmiyyətinin Inkişafi – May-Avqust 2001
Bu vaxt ərzində ÜMIDLI GƏLƏCƏK təşkilatının ekspertləri Bakı, Sumqayıt və Mingəçevir şəhərlərinin inzibati orqanları ilə görüşmüş regionlarda vətəndaş cəmiyyəti və insan hüquqlarının maarifləndirməsinə dair məruzələrini keçirmiş. Layihə çərçivəsində dövlət orqanlarının nümayəndələri və ali məktəblərdən gənclər üçün xüsusi treninq və seminarlar keçirmişdir.

Uşaq Hüquqlari Konvensiyasina Dair Treninqlərin Keçirilməsi Üçün Azərbaycan Dilində Xüsusi Dərsliyin Təkmilləşdirilməsi: Aprel 1 – 30, 2002
Layihə çərçivəsində Ümidli Gələcək Gənclər Gənclər Təşkilatının mütəxəssisləri tərəfindən ilk dəfə olaraq Uşaq Hüquqları və UHK-nın tədrisi üçün xüsusi təlim vəsaiti hazırlanmışdır. Təlim vəsaitində uşaq hüquqlarının bütün aspektləri üzrə geniş məlumat verilmişdir. Qeyd etmək vacibdir ki, təlim vəsaitinin istifadəsi üçün xüsusi təlim proqramı da hazırlanmışdır. Təlim proqramında rol oyunları, qruplarda iş, vəziyyətin təhlili, mühazirələr, diskussiya və debatlara üstünlük verilmişdir. Hazırlanmış vəsait əsasən QHT-lər, təlimçilər, ali və orta ümumtəhsil məktəblərinin müəllimləri və uşaq hüquqları, fəal təlim metodikası ilə maraqlananlar üçün nəzərdə tutulub. Layihə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən maliyyələşdirilmişdir.

Tütünə Nəzarət Çərçivə Konvensiyasinin Təbliği Üzrə Milli Kampaniya,
2002-ci lin Dekabr ayının 1-dən 2003-cü ilin Iyun ayının 30-dək Ümidli Gələcək Gənclər Təşkilatı Təhsil Nazirliyi ilə birgə Dünya Səhiyyə Təşkilatının (WHO) dəstəyi ilə ilk dəfə Dünya Səhiyyə Təşkilatının hazırladığı və dünya ölkələrində tətbiq olunmağa təqdim etdiyi Tütünə Nəzarət Çərçivə Konvensiyası haqda məlumatın Azərbaycanda yayılması, konvensiyanın Azərbaycan höküməti tərəfindən də imzalanmasına ictimaiyyətin səylərini birləşdirərək təsir göstərmək.

Bu məqsədlə, Ümidli Gələcək təşkilatı Təhsil Nazirliyi ilə birgə respublikada ilk dəfə 40-dan çox QHT, KIV, dövlət təşkilatlarını birləşdirən Tütündən Azad Azərbaycan QHT Koaliysiyası yaratmış və onun fəaliyyətinə layihə çərçivəsində dəstək vermişdi. Layihə ərzində Ümidli Gələcək Təşkilatı və Təhsil Nazirliyi Koalisiyanın fəaliyyəti çərçivəsində bir sıra tədbirlər keçirmişdi ki, onların sırasında məktəblilər arasında Tütünün zərərinə dair Rəsm Müsabiqəsi, 5 ay ərzində aylıq Məlumat Bülletenlərinin çapı və bütün dövlət, QHT təşkilatlarına və Milli Məclisin deputatlarına paylanması, məlumatlandırıcı bukletlərin çapı və yayılması, Tütünə Nəzarət Çərçivə Konvensiyasının ilk dəfə Azərbaycan Dilinə tərcüməsi və yayılması, Bakı şəhərində 5 Ictimai Görüşün keçirilməsi, Bakı şəhəri 181 Saylı orta məktəbdə 200 nəfərdən artıq müəllim, məktəbli, valideyn, QHT və dövlət nümayəndələrinin iştirakı ilə Tütünə Qarşı Kampaniya və Festivalın keçirilməsi və həmçinin tütün və onun zərəri, həmçinin Tütünə Nəzarət Çərçivə Konvensiyasına həsr edilmiş SPACE televiziya kanalında iki TV verilişi təşkil edilmişdi. 2003-cü ilin Yanvar və Mart aylarında Həyat recensi Mehmanxanasında QHT, dövlət qurumları və məktəblilər və təhsil işçiləri üçün Tütünün zərəri, tütünə nəzarət çərçivə konvensiyası və tütünə qarşı tədbirlərin keçirilməsinə dair iki Təlim Kursu təşkil edilmişdi. 4 günlük təlim kursları zamanı iştirakçılar bu sahədə dolğun teoretik və praktiki məlumatlar və bilgilər əldə etmişlər.

Layihə Birləşmiş Millətlər Təşkilatının Dünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən maliyyələşdirilmişdir.

Dövlət Məmurlari Və QHT-lərin Nümayəndələri Üçün Azərbaycanin 8 Regionunda Geniş Tədris Kursu: May-Sentyabr 2002
Tədris kursunun əsas məqsədi yerli QHT-lərin fəal nümayəndələrinə və dövlət məmurlarına Avropa Şurası, Avropa Institutları, Avropa Ittifaqı, Milli azlıqlarına dair Avropa Konvensiyası, münaqişələrin həlli yollarına dair lazimi bilik, təcrübə və məlumatı verməkdən ötrü treninq kurs keçirmək və mədəniyyətlərarası təhsil və Insan Hüquqları Avropa perspektivində yerli layihə, kooperasiya strategiyalarını inkişaf etməyə imkan verməkdən ibarətdir. Bu layihə Avropa Şurasının maliyyə dəstəyi ilə həyata keçirilirdi və Azərbaycanın Bakı, Lənkəran, Masallı, Astara, Qax, Zaqatala, Quba, Qusar və Xudat rayonlarında dövlət məmurları, bələdiyyə və yerli Qeyri-Hökümət Təşkilatların nümayəndələri üçün 4-günlük treninq kursların təşkilindən ibarətdir. Layihənin axırında Bakıda Avropa Şurası nümayəndəsinin iştirakı ilə 2-günlük Konfransın keçirilməsi təşkil olunmuşdur.

İcmalarımızı gücləndiririk...

Xüsusi Qayğiya Ehtiyaci Olan Uşaqlarin Problemlərinə Həsr Edilmiş Elmi-Praktiki Konfrans Və Xüsusi Qayğiya Ehtiyaci Olan Uşaqlara Qayği Göstərən Qht Və Icma Əsasli Mərkəzlərin Sərgisi, Save The Children Azərbaycan, Dekabr 2005 - Mart 2006
ÜMIDLI GƏLƏCƏK Gənclər Təşkilatı Save the Children təşkilatının dəstəyilə Azərbaycanda ilk dəfə olaraq Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə həsr edilmiş Elmi-praktiki Konfrans və xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı göstərən QHT və icma əsaslı mərkəzlərin Sərgisinin keçirilməsini planlaşdırır. Son bir neçə il ərzində Azərbaycanın müxtəlif bölgələrində yerli və beynəlxalq təşkilatların səyi nəticəsində bir sıra icma əsaslı reabilitasiya və dayaq mərkəzləri yaradılmışdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət göstərən QHT və mərkəzlər arasında təcrübə, bilik, bacarıq və məlumat mübadiləsini təşkil etmək, həmin qurumların bu kateqoriyadan olan uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası, bu uşaqların hüquqlarının təmin sahəsində həyata keçirdikləri tədbirlər barəsində geniş ictimaiyyəti məlumatlandırmaq və məhz bu QHT və mərkəzlərin fəaliyyətinin dəstəklənməsinə dövlətin diqqətini artırmaq məqsədilə, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı bu konfrans və sərginin keçirilməsini vacib addım sayır. Layihə Save the Children Azərbaycan təşkilatının dəstəyilə həyata keçirilir.

«Liderliyin Tədrisi Və Inkişafi Vasitəsilə Icma Daxili Əməkdaşliğin Qurulmasi»: May-Oktyabr 2004
ÜMIDLI GƏLƏCƏK Gənclər Təşkilatı ABŞ Səfirliyinin Kiçik Qrantlar Proqramı çərçivəsində «Liderliyin tədrisi və inkişafı vasitəsilə icma daxili əməkdaşlığın qurulması» adlı layihə həyata keçirmişdir. Layihə Azərbaycanın Göyçay, Ucar və Zərdab rayonlarında bələdiyyə, icra hakimiyyəti, icma üzvləri, gənclər təşkilatları, iş adamları və QHT nümayəndələrinin birgə təlimlər vasitəsilə bir araya gətirilməsi və onlar arasında əməkdaşlığın daha yüksək səviyyədə təmin olunmasına yardım etməyə yönəlib. Bu məqsədlə də Ümidli Gələcək Təşkilatı tərəfindən xüsusi hazırlanmış tədris metodologiyasından istifadə edərək qeyd edilmiş rayonlardan xüsusi seçim kriteriyalarına uyğun olaraq seçilmiş 74 nəfər fəal nümayəndə üçün dörd pilləli (dörd ardıcıl moduldan ibarət olan) təlim proqram təşkil edilmişdir. Bundan əlavə təlim proqramının sonunda iştirakçılar tərəfindən təhsil, ekologiya, yüksək texnologiyaların tətbiqi və s. sahələrə dair hazırlanmış kiçik layihələrinə mini qrantlar verilmişdir. Layihə çərçivəsində liderliyi inkişaf etdirmək və əməkdaşlığı gücləndirmək üçün müvafiq ədəbiyyat nəşr edilmiş, plakat və bukletlər də hazırlanmış və əhali arasında paylanmışdır.

Layihə ABŞ Səfirliyinin Kiçik Qrantlar Proqramı tərəfindən maliyyləşdirilmişdir.

Bələdiyyələrin Əlaqələndirmə Şuralarinin Üzvlərinin Imkanlarinin Genişləndirilməsi Sahəsində Təlim Proqrami: May- Iyul 2004
«Ümidli Gələcək» Gənclər Təşkilatı Alman Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) maliyyə və təşkilati dəstəyi ilə Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarında yaradılmış Bələdiyyələrin Əlaqələndirmə Şurası üzvləri üçün təlimlər seriyasını həyata keçirmişdir. Təlimlərin aparıcıları «Ümidli Gələcək» Gənclər Təşkilatının iki əməkdaşı və 8 nəfər yerli təlimçilər olmuşdur. Dörd mərhələdən ibarət olan təlim proqramında hər mərhələ iki hissəyə bölünmüşdür ki, onun ilkin hissəsində Ümidli Gələcək Təşkilatının mütəxəssisləri yerli təlimçilər üçün 3-5 günlük təlimlər təşkil etmiş, bundan sonra həmin təlimçilərin iştirakı ilə bu təlimlər Əlaqələndirmə Şuralarının üzvləri üçün keçirilmişdir. Təlim müddəti ərzində təlim prosesində sadalanan dörd rayondan 285 bələdiyyənin nümayəndəsi iştirak etmişdir. Bundan əlavə layihə zamanı «Tərəqqiyə nail olma yolları» adlı kitab nəşr edilmiş və iştirakçılara paylanmışdır.

Layihə Alman Texniki Inkişaf Təşkilatı (GTZ) tərəfindən maliyyələşdirilmişdi.

Azərbaycanda Bələdiyyələrin Inkişafina Dair Geniş Tədris Proqrami
Layihənin əsas məqsədi respublikanın 10 pilot rayonunda bələdiyyələrin inkişafına təkan vermək üçün onların üzvləri və qulluqçuları üçün bir sıra aktual və vacib məsələlərə dair təlim kursları təşkil etmək olmuşdu. Layihə üzrə keçirilmiş bütün tədbirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə Iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi ilə əməkdaşlıqda həyata keçirilmişdi. Keçirilmiş tədbirlərin nəticəsi olaraq respublikanın 10 rayonu üzrə 50 bələdiyyə və 350 nəfər bələdiyyə üzvü və qulluqçusu təlimlərdə iştirak etmiş və faydalı bilik və bacarıqlar əldə etmişlər. Bundan əlavə olaraq, ümumiyyətlə respublikada fəaliyyət göstərən bütün bələdiyyələrin təlim-tədris sahəsində ehtiyacları olduğundan, layihə zamanı Rusiya Federasiyasının Strateji və Iqtisadi Araşdırmalar üzrə Beynalxalq Leontyev Mərkəzi ilə birgə Bakı şəhərində müxtəlif Ədliyyə Nazirliyi, Prezidentin yanında Idarəçilik Akademiyası, bələdiyyə, QHT və Elmlər Akademiyasının nümayəndələri üçün Təlimçilər üçün Təlim kursu təşkil edilmiş və nəticədə bələdiyyə tədrisi və inkişafı sahədə 25 nəfərə lazımi bilik və bacarıqlar verilmişdi. Layihənin əsas nəticələrindən biri də, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə Iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi, Leontiyev Mərkəzi və Ümidli Gələcək Təşkilatının birgə hazırlayıb çap etdikləri «Bələdiyyələr: Qanunvericilik, Tədris və Inkişaf» adlı kitab olmuşdu.

Layihə ABŞ-ın Demokratiyaya Himayə Fondu (NED) tərəfindən maliyyələşdirilmişdi.

Azərbaycanin Qərb Bölgəsində Yaradilmiş Yerli Təlimçilər Qrupu Üçün Bilik Və Bacariqlarinin Genişləndirilməsi: Yanvar–Fevral 2004-cü il
Layihənin əsas məqsədi Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Alman Texniki Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə 2003-cü il ərzində respublikanın Ağsafa, Gədəbəy, Qazax və Tovuz rayonlarında yaratdığı 18 nəfərdən ibarət Yerli Təlimçilər Qrupunun üzvləri üçün layihələrin yazılması və büdcələrin tərtibi ilə bağlı xüsusi təlim kursu təşkil etməkdən ibarət olmuşdu. Təlim kursunun keçirilməsinə səbəb qeyd edilmiş rayonlarda bələdiyyə və digər vətəndaş cəmiyyət qurumların bu sahədə olan çətinlikləri və onlar tərəfindən yerli təlimçilər, GTZ və Ümidli Gələcək Təşkilatına çox saylı təklifləri olmuşdu. Təlimin nəticəsində yerli təlimçilər layihələrin yazılması və büdcələrin tərtib edilməsi qaydaları və şərtləri ilə tanış olmuş və artıq bələdiyyə və vətəndaş cəmiyyəti qurumları üçün maraqlı olan mövzular və konkret təkliflər əsasında praktiki təcrübə kimi bir sıra layihələr hazırlamışlar.

Layihə Alman Texniki Inkişaf Təşkilatı (GTZ) tərəfindən maliyyələşdirilmişdi.

Azərbaycanin Qərb Bölgəsində Vətəndaş Cəmiyyəti Strukturlarinin Imkanlarinin Genişləndirilməsi: Yanvar – Fevral 2004-cü il
Layihənin əsas məqsədi Azərbaycanın qərb bölgəsində – Ağstafa, Tovuz, Gədəbəy və Qazax rayonları – fəaliyyət göstərən vətəndaş cəmiyyəti strukturlarını aşkar etmək, onların mövcud imkanları, resursları, təcrübəsi ilə tanış olmaq və inkişafları yolunda qarşılaşdıqları çətinlik və problemləri ayırd etmək və onların aradan qalıdırılması və həmçinin müxtəlif vətəndaş cəmiyyəti qurumlarının ehtiyaclarının ödənilməsi üçün xüsusi təkliflər paketi hazırlamaqdan ibarət olmuşdu. Layihə zamanı qeyd edilmiş rayonlarda (kəndlər də daxil olmaqla) 15 nəfərdən ibarət təlimçilər qrupu 550-ə yaxın vətəndaş cəmiyyəti strukturlarının nümayəndələri ilə görüşmüş və onlar haqda lazımi məlumat toplamışlar. Aparılmış sorğu və müsahibələr, həmçinin müşahidələrə əsaslanan və 550 vətəndaş cəmiyyəti qurumu haqda məlumatı əks etdirən məlumat kitabçasa və onların inkişafı üçün zəruri tədbirlər planı hazırlanmış və çap edilmişdir.

Layihə Alman Texniki Inkişaf Təşkilatı (GTZ) tərəfindən maliyyələşdirilmişdi.
tel/faks: +994 (12) 493 2142, mobil: +994 (50) 349 2948
email: nzseidov@yahoo.com, relfuture@azdata.net