aze eng


ÜMİDLI GƏLƏCƏK GƏNCLƏR TƏŞKİLATININ PREZİDENTİNDƏN MÜRACİƏT
“Hörmətli Dostlar və Həmkarlar. Ümidli Gələcək Gənclər Təşkilatı artıq 7 ildir ki Azərbaycanda fəaliyyət...



"HUMAY"
Milli Akademiyasının Laureatı




"Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq"
Milli İctimai Mükafat



Washington University in St.Louis (Missouri)

Ümidli Gələcək Gənlər Təşkilatı 2008-ci ildən etibarən Washington University in St.Louis tələbələri üçün rəsmi Beynəlxalq təcrübə yeridir.

Washington University NEXUS newsletter

Washington University Field Instructor Manual





RFYO INTRANET

İnsan hüquqları və Demokratiyanın İnkişafı Proqramları
Təhsil, Mədəniyyət və İdman Proqramları
Sosial və Səhiyyə Proqramları
Ekologiya və Ətraf Mühitin Qorunması Proqramları

Sosial və Səhiyyə Proqramları

Ehtiyacı olanlara yardım edirik...
Uşaqlarımıza qayğı göstəririk...
HIV və narkomaniyaya qarşı mübarizə aparırıq...
Deinstitutlaşdırmanın təblic edirik...
Xüsusi ehtiyacı olanların inteqrasiyasını dəstəkləyirik...

“Sağlamlığa Çağırıs” QHT Alyansının institusional inkisafına dəstək layihəsi, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu: Noyabr 2007-Noyabr 2008 “Sağlamlığa Çağırıs” QHT Alyansı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİ YF) dəstəyi ilə 11 yerli QHT tərəfindən 7 may 2007-ci il tarixində təsis edilib. Alyansın təsis edilməsindən dərhal sonra onun institusional inkisafı və üzvlərinin imkanlarının, bilik və bacarıqlarının artırılması, habelə Alyansın genis ictimaiyyət arasında tanıtımı məqsədilə xüsusi institusional layihə hazırlanmısdır. Bu layihənin idarə edilməsi Ümidli Gələcək təskilatına həvalə edilmisdir. Layihə çərçivəsində Alyans üzvləri üçün təlim kursu və aylıq görüsləri həyata keçirilmis, Alyansın internet səhifəsi və barəsində Azərbaycan və İngilis dilində bukletlər hazırlanmıs və çap edilmisdir.

“Azərbaycanda Korporativ Sosial Məsuliyyətin inkisafı perspektivləri” mövzusunda Birinci Bakı Konfransı : 20-21 May 2008
Yerli biznes qurumlarının Korporativ Sosial Məsuliyyətin inkisafına dair məlumat səviyyəsinin artırılması, yerli və beynəlxalq biznes tərəfindən KSM-ə dair kodeks və ya proqramların islənib qəbul edilməsinə təkan vermək və həmçinin sosial, təhsil, humanitar, ekoloji və s. problemlərin həlli üçün biznes-dövlət-vətəndas cəmiyyəti arasında əməkdaslığın qurulması və inkisaf etdirilməsinə yardımçı olmaq məqsədilə Usaq Hüquqları üzrə QHT Alyansı UNİCEF-lə əməkdaslıqda və Azercell Telekom sirkətinin dəstəyi ilə 2008-ci ilin May ayının 20-21-də Park İnn Otelində “Azərbaycanda Korporativ Sosial Məsuliyyətin inkisafı perspektivləri” mövzusunda Birinci Bakı Konfransını təskil etdi. Konfransda yerli və beynəlxalq biznes qurumlarının rəhbərləri və əməkdasları, KSM sahəsində beynəlxalq və milli ekspertlər, müvafiq dövlət qurumlarının nümayəndələri, Milli məclisin deputatları v qeyri-hökumət təskilatlarının üzvləri istirak etmis və onların təqdimatları dinlənilmisdir. Konfransın yekunu olaraq bütün təqdimat və çıxıslardan ibarət toplu hazırlanmıs və istirakçılara paylanmısdır.

“Usaqlar üçün Milli Qaynar Xətt” Xidmətinin yaradılması, Aprel 2008 2005-ci ildən baslayaraq QHT Alyansı müxtəlif problemlərlə bağlı, habelə usaq hüquqlarının pozulması halları ilə əlaqədar usaqlar və ya onların valideynləri/qəyyumları tərəfindən edilən zəngləri qəbul edir və usaqlara dəstək verməyə çalısır. 2007-ci ildə isə QHT Alyansı daxil olan zəngləri daha səmərəli və keyfiyyətli səviyyədə cavablandırılması məqsədilə bir sıra yerli QHT və reabilitasiya mərkəzləri ilə, habelə Sumqayıt səhərində yerləsən usaq qaynar xətti ilə xüsusi əməkdaslıq memorandumu bağlamısdır. 2006-cı ildə QHT Alyansı və onun iki üzvü Ümidli Gələcək Gənclər Təskilatı və “Etimad” Qaynar xətti Beynəlxalq Usaq Qaynar Xəttləri təskilatının tam hüquqlu üzvü seçilmisdir. Hal-hazırda QHT Alyansı “Usaqlar üçün Milli Qaynar Xətt” xidmətinin yaradılmasına çalısır ki, bu xidmət vasitəsilə usaqlar zəng edərək psixoloji, mənəvi və emosional dəstək, hüquqi məsləhət, hüquqları pozulduqda isə hüquqi yardım, müxtəlif problemlərə dair məlumat almaq imkanı əldə edəcək. Həmçinin, usaqları və ya onların valideynləri/qəyyumları yuxarıda sadalanmıs digər xidmətlərlə təmin etmək və onların ehtiyaclarını ödəmək məqsədilə operatorlar usaqların zənglərini QHT Alyansının aidiyyatı üzvləri, tərəfdasları və ya yaratdığı digər müəssisə və xidmətlərə ötürəcəkdir.

“QUŞ QRIPINƏ” DAIR ƏHALİNİN MƏLUMATLANDIRILMASI, ACI-YF, Fevral –May 2006
Sоsial və Səhiyyə Prоqramları Dеparamеnti Dünya Səhiyyə Təskilatının və digər bеynəlхalq qurumların bu virusla mübarizə və оnun prоfilaktikası, həmçinin хəstəliyin ilkin simptоmları haqqında yaydığı məlumatları tоplayaraq, öz hеsabına tərcümə еtdirmis, buklеt səklində hazırlamıs və Açıq Cəmiyyət Institutu Yardım Fоndunun dəstəyilə çap еtdirmisdır. Bu buklеtin hazırlanmasının əsas məqsədi virusun yоluхma yоlları, özünü müdafiə və digər mühüm məlumatlarla əhalini bilgiləndirməkdir. 2000 tiracla çap оlunmus buklеt Füzuli, Gоranbоy, Mingəçеvir, Lənkəran və Quba rayоnlarında müvafiq idarələrə göndərilmis və əhali arasında paylanmısdır.

AZƏRBAYCANDA USAQLAR ÜÇÜN QAYNAR ХƏTTIN YARADILMASI VƏ FƏALIYYƏTI PЕRSPЕKTIVLƏRINƏ DAIR MILLI KОNFRANS, IYUN 2006
Iyun ayının 16-da Usaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının, Beynəlxalq Usaq Qaynar Xətləri Təskilatının və ATƏT-in birgə reallasdırdıqları layihə çərçivəsində ölkə üzrə Usaqlar üçün Qaynar Xəttin Yaradılması və Fəaliyyəti Perspektivlərinə dair Milli Konfrans keçirilib. Konfransda usaqlar üçün qaynar xəttin yaradılması mexanizmləri, onun perspektiv fəaliyyəti və usaqlara hər-tərəfli xidmətlərin göstərilməsi

Uşaqlara qarşı cinsi zorakılıq, uşaqların istismarı, uşaq fahişəliyi və pornoqrafiyasına qarşı mübarizəyə dair təlim proqramı, Uşaq Hüquqları Konvensiyası üzrə QHT Qrupu (İsveçrə), Fevral-Mart 2006
Fevral ayının 25-26-da Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı (Azərbaycan) və BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə QHT Qrupu (İsveçrə) uşaqların cinsi və kommersiya məqsədilə istismarı, uşaqlardan cinsi-sui istifadə, uşaq pornoqrafiyası və uşaqlara qarşı cinsi zorakılıq məsələlərinə dair təlim kursu həyata keçirdilər. Təlim kursunun həyata keçirilməsində məqsəd Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən və araşdırma aparan QHT-lərin, dövlət siyasətini həyata keçirən müvafiq dövlət orqanlarının, və KİV nümayəndələrinin bu sahəyə dair mövcud beynəlxalq və milli qanunvericiliklə tanış edilməsi, dünya ölkələrində bu sahədə görülən işlər barədə məlumatlandırmaqdır. Təlim kursu İsveçrədən dəvət edilmiş beynəlxalq mütəxəssis tərəfindən aparılmışdır. Təlim prosesində müəyyənləşdirildi ki, uşaqların kommersiya məqsədilə cinsi istismarı, uşaqlara qarşı cinsi zorakılıq, uşaqlardan cinsi sui-istifadə və uşaqlardan pornoqrafik filmlərin çəkilişi üçün istifadə halları demək olar ki, hər yerdə, o cümlədən ailədə, məktəbdə, qapalı müəssisələrdə, KİV-də, internet klublarda, turist obyektlərində və s. məkanlarda mümkündür. Təlimin nəticəsi olaraq iştirakçılar uşaqlara qarşı cinsi zorakılıq və cinsi sui-istifadə hallarının qarşısının alınması və insanların bu sahədə daha məlumatlı olmalarının təmin edilməsi məqsədilə bu sahədə nümunəvi Milli Fəaliyyət Planı hazırladılar. Həmin Fəaliyyət Planının və təkliflərin əlaqədar təşkilatlara – Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Ombudsman Aparatına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Televiziya və Radio Yayım Şurasına, Mətbuat Şurasına, ölkədə fəaliyyət göstərən internet provayderlərinə və digər aidiyyatlı qurumlara göndərilməsi nəzərdə tutulur. Qeyd etmək yerinə düşər ki, 2004-cü ildə Azərbaycan hökuməti ölkədə uşaqların vəziyəti və Uşaq Hüquqları Konvensiyasının icrası ilə bağlı BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim etmiş və 2005-ci ildə də Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı həmin hesabata Alternativ hesabat hazırlayaraq adı çəkilən quruma təqdim etmişdi. Bununla yanaşı, hökumətin Uşaq Hüquqları Konvensiyasına Uşaq alveri, Uşaq fahişəliyi və Uşaq pornoqrafiyasına dair Əlavə Protokolla bağlı daha bir hesabat hazırlayaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etməsinin vaxtı çoxdan – hələ 2004-cü ilin Avqust ayında çatsa da, hələlik bu istiqamətdə hər hansı bir işin görüldüyü barədə məlumat yoxdur. Bunu nəzərə alaraq, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı yaxın zamanlarda bu məsələlərlə bağlı hesabatın hazırlayaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etməyi planlaşdırır.

Zəif Eşidən Uşaqlar Üçün Minüatür Eşitmə Aparatlarinin Alinmasi Məqsədilə Xeyriyyə Konsertinin Təşkili
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 12 Aprel 2005-ci il tarixində saat 19:00-da Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xeyriyyə Konserti təşkil edib. Konsertin məqsədi Bakı şəhəri 8-ci km qəsəbəsində yerləşən kar və eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün nəzərdə tutulmuş Internat Məktəbində təhsil alan 300-dən artıq şagirdin təhsil imkanlarını genişləndirmək və inkişaf etdirmək məqsədilə həmin məktəbdə Tədris və Kompüter Mərkəzi və Audiometriya Kabinetinin yaradilması və həmçinin xüsusi eşitmə qabiliyyətini artıran mini-eşitmə cihazları alınması üçün lazımi maliyyə vəsaitini əldə etməkdir. Konsertdə Azərbaycan Respublikası Təhsil Naziri Cənab Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin Vitse-Spikeri Ziyafət Əsgərov, Azərbaycan Dövlət Neft Şirkətinin, Atəşgah Sıcorta Şirkətinin, Blu Vater Şippinq Şirkətinin və Beynəlxalq Qadınlar Klubunun rəhbərləri və nümayəndələri, Dünyaya Baxış təşkilatı, Bakı Turizm səyahətləri idarəsinin, Təhsil işçiləri və digər şəxslər iştirak edirdi. Konsertdə Azərbaycan Respublikasının Əməkdar Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini ifa etdilər. Bununla yanaşı konsertdə Respublikanın Əməkdar Artisti Zəhra Quliyeva, Respublika Müsabiqələri Laureatları Dinarə Əliyeva və Vüsal Isgəndərzadə iştirak edirdi. Xeyriyyə Konsertinin keçirilməsi Azərbaycan Dövlət Neft Şirkəti, Atəşgah Sıcorta Şirkəti, Blu Vater Şippinq Şirkəti və Beynəlxalq Qadınlar Klubunun yardımı sahəsində mümkün olmuşdur. Konsertin keçirilməsi nəticəsində Internat Məktəbində təhsil alan 300-dən artıq şagirdin təhsil imkanlarının artırılması məqsədilə həmin məktəbdə Tədris və Kompüter Mərkəzi və Audiometriya Kabineti yaradılmışdır.

Gözdən Əlil Və Zəif Görən Uşaqlar Üçün Brayl Çap Və Tədris Mərkəzinin Yaradilmasi: Fevral-Iyun 2004
Sovetlər Ittifaqə dağılmaqla yanaşı keçmiş Sovet Respublikalarında iqtisadi-siyasi həyatda olducu kimi sosial, mədəni, təhsil və s, sahələrdə də kəskin sürətdə vəziyyətin pisləşməsi başladı. Ilk növbədə bu cəmiyyətin ən zəif təbəqələrinə öz mənfi təsirini göstərmişdir. Sovetlər vaxtı çox böyük müvəffəqiyyətlə fəaliyyət göstərən və aidiyyatı olan benefisiantlara kömək göstərən qurumlar öz fəaliyyətini dondurmuş və ya imkanları məhdudlaşmışdır. Bunu nəzərə alaraq, Ümidli Gələcək Gənclər Təşkilatı Azərbaycanda zəif təbəqələrə yardım məqsədilə geniş tədqiqat aparmış və sosial müdafiəsi zəif olan qruplara yardım göstərmək üçün inkişaf proqramı hazırlamışdı. Tədqiqatın nəticəsi olaraq bir çox internat, internat tipli, xüsusi qayğıya ehtiyacı olanlar üçün məktəblər və s. təsisatların ən ümdə ehtiyacları təyin edilmiş və onların ödənilməsi üçün proqram təkliflər paketi təsdiq edilmişdi. Məhz bu təkliflər paketi çərçivəsində Bakı şəhərində yerləşən Kor və Zəif Görən Uşaqlar üçün Internat Məktəbində təhsil alan 300 məktəblini Brayl əlifbası əsasında (nöqtəli işarələr) hazırlanmış xüsusi kitablarla təhciz etmək məqsədilə ilk dəfə olaraq Isveçdən çap avadanlığının alınıb gətirilməsini nəzərdə tutan layihə hazırlanmış və UNIESCO-nun Koreya Milli Komitəsi, Beynəlxalq Qadınlar Klubu, Blue Water Shipping şirkəti, SunSet Cafe, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilmişdir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Kor və Zəif Görən Uşaqlar üçün Internat Məktəbində Brayl Çap və Tədris Mərkəzi yaradılmışdır ki, orada xüsusi olaraq Isveçdən alınmış Brayl Çap Avadaqlıcı, kompüter texnikası yerləşdirilmiş və mərkəz mebellə təhciz edilmişdir.

Gözdən Əlil Və Zəif Görən Uşaqlar Üçün Brayl Çap Və Tədris Mərkəzinin Yaradilmasi Məqsədilə Xeyriyyə Konserti: Mart-Aprel 2004
Ümidli Gələcək Gənclər Təşkilatı Bakı şəhərində yerləşən Kor və Zəif Görən Uşaqlar üçün Internat məktəbində təhsil alan 300 məktəblini Brayl əlifbası əsasında (nöqtəli işarələr) hazırlanmış xüsusi kitablarla təhciz etmək məqsədilə Isveçdən çap avadanlığının alınıb gətirilməsini nəzərdə tutan layihə həyata keçirir. Layihə qismən UNIESCO-nün Koreya Milli Komitəsi tərəfindən maliyyələşdirilir. Bu layihə çərçivəsində yerdə qalan maliyyə vəsaitini toplamaq məqsədilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xeyriyyə konsreti təşkil edilmişdir. Konsertdən toplanmış maliyyə vəsaiti layihə üzrə yerdə qalan xərclərin ödənilməsinə sərf edilmişdir.
Xeyriyyə Konserti Təhsil Nazirliyi, Beynəlxalq Qadınlar Klubu, Blue Water Shipping şirkəti, SunSet Cafe, Azərbaycan Dövlət Neft Şirkəti və onlarla fərdi şəxslərin köməyi ilə həyata keçirilmişdir.

Biləsuvar Və Səlyan Rayonlarinin Qaçqin Düşərgələrində Məskunlaşmiş Qaçqin - Məcburi Köçkün Uşaqlar Üçün Geniş Tədris Proqrami: 2001-2002
Azərbaycan-Ermənistan Daclıq Qarabac münaqişəsi respublikada 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz docma torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Didərgin düşmüş insanların təxmini olaraq 30-35%-ni uşaq və yeniyetmələr təşkil edir. Uşaqlar və gənclər əhalinin zəif təbəqələrindən biri olaraq hamıdan çox qayğı, diqqət, hörmət və ictimaiyyətin mühafizəsinə ehtiyacı vardır. Bunları nəzərə alaraq, Ümidli Gələcək təşkilatının həyata keçirdiyi bu layihənin əsas məqsəd və vəzifələri Səlyan və Biləsuvar rayonları ərazisində yerləşmiş qaçqın düşərgələrində müvəqqəti məskunlaşmış uşaqların dəstək vermək, onların cəmiyyətdən təcrid olunmasına yol verməmək, uşaqların təhsil sahəsində mövcud olan kəskin problemlərinin həllində yardımçı olmaq və uşaqlar arasında zəruri psixososial reabilitasiya və s. tədbirlərin həyata keçirməkdən ibarət olmuşdur. Layihə çərçivəsində uşaqlar üçün müxtəlif əyləncə tədbirləri (musiqi, teatr və idman tədbirləri, gəzintilər və açıq havada keçirilən oyunlar, rəqs, və s. müsabiqələr), geniş ədris proqramı (ingilis dili, rəsm, foto və şəkil çəkmə dərsləri, qızlar üçün tikmə və biçmə dərsləri, kompüterin əsasları, insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı, QHT və onların iş prinsipləri haqqında məlumat, şəxsi gigiyena, saclam həyat tərzi haqda geniş maarifləndirmə) və s. həyata keçirilmişdi. Layihə zamanı düşərgələrdə iki sinif otağı yaradilmış və lazımi tədris avadanlığı ilə tam təhciz edilmişdir. Məktəblərə iki kompüter və printer hədiyyə edilmişdir. Bundan əlavə uşaqların 6 ay ərzində gördükləri işləri geniş ictimaiyyətə çatdırmaq və bunun vasitəsi ilə cəmiyyətin bu uşaqlara olan diqqətini daha da artırmaq məqsədi ilə sponsor, Nazirlər Kabineti, bir sıra nazirliklərin rəhbərləri və KIV nümayəndələrinin iştirakı ilə Bakı şəhərində uşaqların iştirakı ilə Sərgi və təqdimat keçirilmişdi. Layihənin sonunda görülmüş işləri əks etdirən sənədli film hazırlanmışdır. Layihə Ekson Azərbaycan Əməliyyat Şirkəti, EksonMobilin törəmə Şirkətinin maliyyə dəstəyi sahəsində keçirilmişdi.

1 Sayli Maştaca Və 11 Sayli Bilgəh Internat Məktəbinin Uşaqlari Üçün Geniş Tədris Proqrami: Sentyabr-Mart 2001-2002
Bu əslində iki müxtəlif layihənin birləşməsindən əmələ gələn bir tədris layihəsi olaraq, qeyd edilmiş internat məktəblərində təhsil alan 500-dən çox uşaq üçün geniş tədris proqramı təşkil etməyə və uşaqların inkişafına nail olmaca imkan yaratmışdı. Layihənin əsas məqsədi tədris olaraq onun vəzifələri aşağıdakilardan ibarət olmuşdu: uşaqlarda depressiyanı, cəmiyyətdən kənarlaşdırilma hissinin aradan qaldırilması; uşaqlara onların gələcəkləri üçün lazimi bilik və təcrübənin öyrədilməsinin təmin edilməsi; psixoloji reabilitasiya və incəsənət terapiyası siniflərinin təşkili; geniş ictimaiyyətin diqqətini bu zəif təbəqələrdən olan uşaqlara cəlb edilməsi; uşaqların saclamlıq və inkişafını tədris üsulları ilə yaxşilaşdırılması; istedadlı uşaqların üzə çıxarılması və inkişaflarına köməyin göstərilməsi; uşaqlar üçün kompyüterin əsasları, Ingilis dili, incəsənət və mədəniyyət, insan hüquqları, saclam həyat tərzi, foto və rəsm dərsləri və müxtəlif əyləncə tədbirləri kimi təlimlər və tədbirlərin təşkili edilməsi. Layihə çərçivəsində hər internat məktəbinə 1 ədəd kompüter, 1 ədəd televizov və videomaqnitofon hədiyyə edilmiş, kiçik kitabxana yaradilmışdır, Budan əlavə uşaqldar üçün Yeni Il şənliyi (R,Behbudov adına Mahnı Teatrında) də təşkil olunmuşdur. Qeyd etmək vacibdir ki, bir sıra proqram və tədbirlər daxil olmaqla, R.Beybudov adına Mahnı Teatrında məşhur mücənnilərin iştirakı ilə kimsəsiz uşaqlar üçün təşkil edilmiş Yeni Iş Şənliyinin aparıcısı və əsas iştirakçıları da helə bu internatlardan olan uşaqlar olmuşdu. Bu da layihənin nə qədər ucurlu və zəruri olmasını bir daha təsdiq etmişdi. Layihə zamanı həmçinin bir sıra müsabiqələr, sərgilər keçirilmiş və Layihə haqda sənədli poetik film çəkilmişdir. «Çiçəklər Düyməlidir» adlı Sənədli film respublika ictimaiyyəti tərəfindən çox müsbət qarşılanmış və kimsəsiz uşaqlar cəmiyyətin daha çox diqqətin artırilmasına yardımçı olmuşdur.
Layihələrin sponsorları Britaniya Səfirliyi (DFID), Unocal Khazar və Blue Water Shipping BM (1 saylı Maştaca Internat məktəbi) və “GARADAC” Sement SC (1 saylı Bilgəh Internat Məktəbi) şirkətləri olmuşlar.

Tənha Yaşayan Ahillara Yardim Layihəsi: Mart-Sentyabr 2001
Layihənin əsas məqsədləri tənha ahilların sosial və psixoloji durumunu yaxşılaşdırmaq, onların həyat göstəricilərini yaxşilaşdırmaq, tələbat və ehtiyaclarını aydınlaşdırmaq, onlara özlərini cəmiyyətin tam hüquqlu üzvi kimi hiss etməkdə və təcrübələrinin cəmiyyət üçün gərəkli olducuna inandırmaq, tənha yaşıyan ahilların ilk Ictimai Cəmiyyətini yaratmaqla onların bir yerə gəlməsi və bir-birilərinə köməyin göstərilməsində yardım etməkdir. Layihə zamanı Bakı şəhəri Nəsimi və Səbayil rayonlarında yaşayan 100 tənha ahil insanın ehtiyac və tələbatları aşkar edilmiş, onların bacarıq və təcrübələri haqda məlumat toplanmış, arzu və maraqları aydınlaşdırilmış və 6 ay ərzində bunun əsasında həftənin 6 günü üzrə fəaliyyət cədvəli təşkil edilmiş və aşağıdaki işlər aparilmışdır: ahillara ev işləri üzrə yardımın göstərilməsi (ev yığışdırma, yemək bişirmə, paltar yuma, kiçik təmir işləri, psixoloji söhbətlər və s.), məktəblilərin bu işə cəlb edilməsi, ahıllar üçün Incəsənət terapiyası sinifləri və ya iş emalatxanalarının yaradılması həyata keçirilmişdir. Bundan əlavə ahılların sosial inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili və psixososial reabilitasiyanın aparılması məqsədi ilə onlar üçün müxtəlif gəzintilər, «Çay Dəstgahları», adi görüşlər, teatr və kinoteatrlara səfərlər, masaüstü oyunlar (nərd, domino, dama, şaxmat və s.) və əl işlərinin müsabiqələri təşkil edilmişdi. Layihənin sonunda layihə barədə Ingilis və Azərbaycan dillərində «Təşəkkürsüz» adlı sənədli film çəkilmiş video kaset və CD-lərə yazilmışdı.
Layihə Kanada Fondu (CIDA), Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdi.

Zaculba Sümük-Vərəm Sanatoriyasinin Uşaqlari Üçün Yeni Il Şənliyi: 28 Dekabr 2000
Layihə çərçivəsində Bakı şəhəri Zaculba qəsəbəsində yerləşən Sümük Vərəm Sanatooriyasının 150 uşağı üçün məşhur Azərbaycan mücənniləri, teatr artistləri, rəqs qrupları və klounların iştirakı ilə Yeni Iş şənliyi keçirilmişdi. Bununla yanaşı uşaqlar üçün «şirniyyat masası» da təşkil olunmış və uşaqların hamısına hədiyyələr paylanmışdır. Bu tədbirin sponsorları BP Exploration Caspian Sea Ltd. və DEVON Energy CORPORATION şirkətləri olmuşlar.

Sumqayit Şəhərində 200 Fiziki Və Əqli Cəhətdən Xəstə, Qaçqin Və Məcburi Köçkün Və Kimsəsiz Uşaqlar Üçün Yeni Il Şənliyi: 10 Yanvar 2001
Bu layihə çərçivəsində Sumqayıt şəhərində müvəqqəti olaraq məskunlaşmış qaçqın və məcburi köçkün uşaqlar, Sumqayıt şəhəri yaxınlığında yerləşmiş Saray qəsəbəsinin uşaqları və az təminatlı ailələrdən olan və kimsəsiz uşaqların təhsil aldığı 6 saylı internat məktəbinin şagirdləri üçün Yeni Il Şənliyi keçirilmiş, uşaqlara yeni il hədiyyələri paylanmışdır.
Layihə Sumqayıt Çörək Zavodu və AzərKimya Dövlət Konserni tərəfindən maliyyələşdirilmişdi.

Saclam Həyat Tərzinin Təblici: Fevral-Iyul 2001
Narkomaniya və AIDS problemləri və bu faciəli xəstəliklərin məhz gənclər arasında tez yayilması indiki zamanda bütün dünyada olducu kimi Azərbaycanda da böyük narahatlıq docurur və cəmiyyətin bütün təbəqələrini bu problemin həllində iştirak etməyə vadar edir. Bunları nəzərə alaraq Ümidli Gələcək təşkilatı AIDS və narkomaniya və digər pis vərdişlərdən olan alkoqolizm və siqaret çəkmənin zərərləri, onların qarşısının alınması, şəxsi gigiyenanın geniş və aktiv təblici sahəsində respublikanın cənub rayonları olan Astara və Lənkaranda 32 məktəbin şagirdləri arasında geniş məlumat sessiyaları, seminarlar təşkil etmiş, uşaqları bu məsələlər arasında təlimlər vasitəsi ilə maarifləndirmiş, onlar arasında bu mövzulara dair Rəsm Müsabiqəsi keçirmişdi.
Bu layihə TotalFinaElf şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilmişdi.

Narkotiklərin Istifadəsi - Insani Uçuruma Aparan Yol: Sentyabr-May 1999/2000
Narkomaniya və AIDS-in yayilması problemləri, şəxsi gigiyena və saclam həyat tərzi prinsipləri Sosial və Tibb Proqramlar Departamentinin diqqətini onların cəmiyyətdə aktual olducuna görə cəlb etmişdir. Layihə Bakı şəhərinin Nizami rayonunun 20 saylı orta məktəbinin 9-11-ci sinif şagirdləri arasında (1500-dən artıq məktəbli) məlumat xarakterli məruzələr və debatlar keçirməsindən ibarət olmuşdur. Məktəblilər narkomaniya, AIDS, ondan müdafiə olunma, müxtəlif narkotiklərin zərəri, siqaret və alkoqolizmin insan orqanizminə olan təsiri, şəxsi gigiyenaya riayət etmə qaydaları, və s. səhiyyə sahəsində məlumat əldə etmişlər. Tədbirin keçirildiyi zaman “Narkotiklərin Istifadəsi - insanı uçuruma aparan yol” adlı rəsm müsabiqəsi keçirilmiş və ən yaxşı işlər müxtəlif mükafat və diplomlara layiq görülmüşdü.
Bu tədbir Böyük Britaniya Səfirliyi, Nou Xau Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdi.

Ahillarin Incəsənət Terapiyasi Sinifləri: Oktyabr- May 1999/2000
Ümidli Gələcək təşkilatının üzvləri ahilların cəmiyyətə inteqrasiyası, özlərinə inamın artırilması, psixoloji reabilitasiyanın aparılması və yeni bilgi və bacarıqlara yiyələndirilməsi məqsədi ilə Bakı şəhərində 60 tənha ahil üçün incəsənət terapiyası sinifləri yaratmış və onun fəaliyyətinə dəstək vermişlər. Bu proqram çərçivəsində 60 nəfər ahil şəkil çəkmək, oyuncaq və dekorasiya düzəltmək, tikişin müxtəlif növləri ilə məşcul olmuş, müxtəlif saclam həyat tərzi sahəsində bilik və bacarıq əldə etmişlər. Bu iş üçün bütün xərcləri Ümidli Gələcək tərəfindən ödənilmişdir.

Mühacirət Və Saclamliq Məsələləri: Aprel-Avqust 2000
Azərbaycanda 1.000.000-dan artıq qaçqın və məcburi köçkünlərin olmasından yaranan bir çox sosial və səhiyyə problemləri cəmiyyətin diqqətini cəlb etdiyi kimi, Ümidli Gələcək təşkilatının diqqətini cəlb etmişdir. Bunun əsasında təşkilat ölkənin Imişli, Sumqayıt və Mingəçevir şəhərlərində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün səhiyyə problemləri, saclam həyat tərzi, AIDS\HIV, narkomaniya, şəxsi gigiyenaya riayət edilməsi, ekoloji təmizlik və epidemioloji durumun qorunub saxlanılması haqda geniş məlumat vermiş və müxtəlif kitabça və materiallar paylamışdır.
Layihənin sponsorları BMT-nin Beynəlxalq Mühacirat Təşkilatı (IOM) və "HƏYAT" təşkilatı olmuşlar.

Zaculba Sümük-Vərəm Sanatoriyasinin Uşaqlarina Yardim: 2000-2001
Layihə 6 ay ərzində Sümük Vərəm Sanatoriyasının 6-16 yaşına qədər olan 150 əlil uşaq üçün kompüter, musiqi, xarici dillər, incəsənət, təsviri sənət, insan və uşaq hüquqları, tikiş və s. sahələr üzrə təlim kursları təşkil etmiş və saclam həyat tərzinin təblici ilə baclı praktiki məşqələlər keçirmiş və müxtəlif materiallar paylamışdır. Layihə çərçivəsində uşaqlar üçün 18 parta və 36 oturacaqdan ibarət sinif otağı yaradilmış və iki kompüter hədiyyə edilmişdir. Bundan əlavə uşaqlar üçün müxtəlif tamaşalar, müsabiqələr, oyunlar, əl işlərindən ibarət sərgilər və s. də təşkil edilmiş və kiçik kitabxana yaradilmış və kitablarla təhciz edilmişdir.
Layihə BP Exploration Caspian Sea Ltd. və DEVON Energy Corp. şirkətləri tərəfindən maliyyələşdirilmişdir.

600 Kimsəsiz Uşaq Üçün Yeni Il Şənliyi: 26 Dekabr 2000
Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərində yerləşmiş 6 uşaq evi və internatda təhsil alan 600-ə yaxın kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün məşhur Azərbaycan mücənniləri, teatr artistləri, rəqs qrupları və klounların iştirakı ilə Yeni Iş şənliyi keçirilmişdi. Bununla yanaşı uşaqlar üçün «şirniyyat masası» da təşkil olunmış və uşaqların hamısına hədiyyələr paylanmışdır.
Bu tədbirin sponsorları Regus, ISR Group of Companies, Oriflame, Ericsson Azerbaijan, ITOCHU Oil və Baker & McKenzie şirkətləri olmuşlar.

tel/faks: +994 (12) 493 2142, mobil: +994 (50) 349 2948
email: nzseidov@yahoo.com, relfuture@azdata.net